Yuxarı

Məşhur türk sənətçi Bakıda konsert verdi - Foto

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin tanınmış opera ifaçısı Oya Ərgün Bakıda konsert proqramı ilə çıxış edib.

Kult.az xəbər verir ki, konsertdə ifaçını Eyyub Əliyev və Toğrul Məmmədov müşayiət ediblər. Konsertdə opera sənətçisi Qara Qarayev, Tofiq Quliyev, eləcə də İohan Sebastyan Bax, Frans Şubert və digər bəstəkarların əsərləri səsləndirilib.

Gecədə Vyanada beynəlxalq müsabiqədə ikinci yerə sahib olmuş 9 yaşlı Ləman Seyidova pianoda Frederik Şopenin, Pyotr İliç Çaykovskinin əsərlərindən parçalar ifa edib.

Konsertdən sonra Azərtac-a müsahibə verən türkiyəli ifaçı musiqinin insanları bir-birinə yaxınlaşdırdığını, Azərbaycanda musiqi festivallarının təşkilinin onu sevindirdiyini vurğulayıb.

Yüksək səhnə mədəniyyəti ilə musiqisevərlərin rəğbətini qazanmış Oya Ərgün klassik əsərlərdən ibarət yeni albom üzərində çalışdığını söyləyib: “Musiqi və şeirdən ilham alıram. İki qardaş ölkənin musiqisinin bir-birinə inanılmaz bağlılığı var. Türkiyənin şərq hissəsinin musiqisi Qafqaza çox yaxındır. Azərbaycan bəstəkarları xalq musiqisini hər zaman önə çəkiblər. Hər iki ölkədə tanınmış bəstəkarlar, musiqiçilər var”.

Görkəmli bəstəkar Tofiq Quliyevin əsərlərini ifa etməkdən zövq aldığını söyləyən sənətçi deyib: “Tamaşaçılarla görüşü hər zaman səbirsizliklə gözləyirəm. Hər ay konsertlər təşkil edəcəyik. Hər bir konsertdə musiqisevərlərə gənc istedadlar təqdim olunur. İstedadlı gənclərin tanıdılmasına dəstək verməyi çox sevirəm”.

Azərbaycanda hər zaman konsert proqramı ilə çıxış etməkdən məmnunluğunu ifadə edən ifaçı pərəstişkarlarından çoxlu məktublar aldığını qeyd edib.

Tarix
2018.01.17 / 20:44
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla