Yuxarı

Ankarada Elnarə Kərimovaya həsr edilmiş konsert...

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankarada tanınmış azərbaycanlı xormeyster, əməkdar artist Elnarə Kərimovanın Türkiyədəki yaradıcılıq fəaliyyətinin 25 illiyi münasibətilə konsert təşkil edilib. Türkiyənin Prezident Administrasiyası Simfonik Orkestr salonunda keçirilən tədbir yerli musiqisevərlər tərəfindən böyük maraqla qarşılanıb.

Kult.az xəbər verir ki, Elnarə Kərimova 25 ildir TRT-nin Ankara radiosunun xoruna rəhbərlik edir. O, uzun illər Bilkənt və Hacettepe universitetlərində pedaqoji fəaliyyətlə də məşğul olub. Tanınmış xormeyster 1999-cu ildən bədii rəhbəri və baş dirijoru olduğu “Orfeon” kamera xoru ilə bir sıra nüfuzlu beynəlxalq müsabiqənin qalibi və laureatı olub.

E.Kərimovanın Türkiyədəki yaradıcılıq fəaliyyətinin 25 illiyinə həsr edilmiş tədbir bir növ görkəmli incəsənət xadiminin bu günə qədər əldə etdiyi uğurların hesabatının mahiyyətini əks etdirib. Konsertin zəngin və rəngarəng proqramı isə Elnarə Kərimova sənətinin sərhədlərinin genişliyini nümayiş etdirə bilib.

TRT-nin Ankara radiosunun xoru, qurumun İstanbul estrada və caz orkestri, eləcə də tanınmış solistlərin çıxış etdiyi konsert zamanı Azərbaycan, Türkiyə, həmçinin digər ölkələrin tanınmış bəstəkarlarının əsərləri, estrada və opera musiqisi, xalq mahnıları səsləndirilib.

Qara Qarayevin “İldırımla yollarla” baletindən parçalar, Antonio Vivaldinin məşhur “Qloria” əsəri, Türkiyənin Qara dəniz bölgəsinin dillər əzbəri olan xalq mahnıları və “Şeyx Şamil” rəqsinin bu konsert üçün xüsusi olaraq aranjeman edilmiş estrada versiyası Elnarə Kərimovanın mahir dirijorluğu ilə müxtəlif mədəniyyətlərin nümayəndələrinin zövqlə dinləyə biləcəyi vahid bir əsərə çevrildi.

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının baş katibi, professor Düsen Kaseinov və digər rəsmi şəxslər də tamaşaçılar arasında olublar.

Tarix
2018.01.30 / 01:31
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla