Yuxarı

Xalq artistimizə İrəvanda sui-qəsd: bıçaqlanma və... - Axar TV

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sənət o zaman böyük olar ki, һәmin sәnәtə məna verәsәn. Oxuyanda, çalanda səni düşündürsün. Bu baxımdan Sara Qәdimovanın oxuması mәnim xoşuma gәlir, o, sözlәri aydın deyir...

Bu sözlərin müəllifi xalq şairi Səməd Vurğundur. O, hər zaman Sara Qədimovanın sәnətkarlığını yüksək qiymәtlәndirir, onun gələcəkdə daha böyük sənətkar olacağını deyirdi. Deyilənə görə, Sara xanımın elə bir konserti olmazdı ki, Səməd Vurğun orada iştirak etməsin.

Xüsusi səs tembri, ovsunlayıcı avazı, öz dəsti-xətti olan Sara Qədimova 1922-ci il mayın 31-də Bakıda doğulub. Fəaliyyətinə 1941-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi başlayan Qədimova, qısa müddət ərzində tanınır. Onun sənətkar kimi yetişməsində Hüseynqulu Sarabski, Xan Şuşinski, Seyid Şuşinski kimi sənətkarların təsiri olub.

Onun məlahətli səsi yalnız konsert salonlarında deyil, opera səhnəsində də tamaşaçıların zövqünü oxşayıb. Sara Qədimova Üzeyir Hacıbəylinin operalarında Leyli və Əsli obrazlarını xüsusi ustalıqla yaratmışdı. Onun repertuarı çox zəngin idi:xalq mahnıları, təsniflər, bəstəkar mahnıları ilə yanaşı, muğamlarımızı da gözəl ifa edirdi.

Daha ətraflı Axar TV-nin təqdim etdiyi süjetdə:

Tarix
2018.02.02 / 08:45
Müəllif
Ülkər, Ömər
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdam Konfrans Mərkəzində...

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla