Yuxarı

Alman Karlı heyran qoyan azərbaycanlı dahi

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın məşhur bəstəkarı, SSRİ xalq artisti Qara Qarayevin doğum günüdür.

Kult.az xatırladır ki, Qara Qarayev 1918-ci il fevralın 5-də Bakıda doğulub. 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə qəbul edilən Qara 1930-cu ildən Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi texnikumunda professor Georgi Şaroyevin fortepiano sinfinin tələbəsi olub.

O, 1946-cı ildən Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq sinfində müəllim kimi işə başlayıb. Elə həmin il də Cövdət Hacıyevlə birlikdə yazılmış “Vətən” operasına görə SSRİ Dövlət mükafatına layiq görülüb.

Qarayev 1956-1973-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi, 1957-ci ildə SSRİ kinematoqraf işçilər ittifaqının üzvü, 1962-ci ilədək SSRİ Bəstəkarlar İttifaqı idarə heyətinin üzvü kimi çalışıb. 1955-1976-cı illərdə isə IV-IX çağırış SSRİ Ali Sovetlərinin deputatı olub.

Onun “İldırımlı yollarla” baleti nəinki Azərbaycan, bütövlükdə postsovet məkanının ən gözəl əsərlərindən biri hesab olunur.

Sənətkarın tələbəsi, xalq artisti Tofiq Bakıxanov Qara Qarayevin Avropada da sevildiyini deyir:

“Hansı ölkədə oluramsa, Qara Qarayev haqqında, onun açdığı yollar barəsində söhbət edirəm. Məsələn, Münhendə görkəmli bəstəkar Karl Orfa Q.Qarayevin əsərlərindən bir neçəsinin notunu bağışlayanda o, Q.Qarayevi “dünya miqyasında böyük bəstəkar” adlandırdı”.

Qeyd edək ki, Qara Qarayev 1982-ci il mayın 13-də Moskvada vəfat edib. Onu Bakıda dəfn ediblər.

Tarix
2018.02.05 / 09:13
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

Japarov Azərbaycana yola düşdü

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla