Yuxarı

Anam konsertimə gəlmədi – Əməkdar artist

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün əməkdar artist, kamança ifaçısı Fəridə Məlikovanın Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Kamana bağlı ömür” adlı konserti baş tutub.

Kult.az-a təəssüratlarını bölüşən Fəridə Məlikova bildirib ki, yalnız anasının gəlməməyi onu üzüb.

“Konstertimdə bizi həqiqi mənada sevənlər, musiqinin dəyərini bilənlər var idi. Konsert zamanı tamaşaçılarda mənə qarşı olan o sevgini hiss etdim. Anamın konsertimə gəlməməyi məni üzdü. Konsert zamanı kövrəlməyim deyə, səhhəti ilə bağlı problemlər yaşayan anam gəlmədi”.

Konsertdən qabaq özünün də səhhətində problemlər olduğunu bildirən musiqiçi ötən gün hər şeyin möhtəşəm olduğunu deyib:

“Səhhətimdə problemlər yaranmışdı. 3 gün əvvəl danışa da bilmirdim, səsim batmışdı. Amma çox gözəl bir konsert baş tutdu. Konsertə gözəl muğam ifaçılarımızdan olan Seyid Məlikov, Murad Kəngərli də təşrif buyurmuşdu. Konsert zamanı möhtəşəm əsərlərdən olan “Mənsuriyyə” də ifa olundu. Bu əsərin adı çəkiləndə ustad sənətkarımız, gözəl kamança ifaçısı Habil Əliyev yada düşür. Habil müəllimin sağlığında biz həmin mahnını ifa etdik və özünə göstərib icazəsini aldıq. Həmin ifa Habil Əliyevin özünün də xoşuna gəlmişdi. Mən onda özümə söz verdim ki, nə vaxtsa konsertim olsa, bu ifaya da müraciət edəcəyəm. Dünən konsertimdə Habil müəllimin də ailəsi iştirak etdi. Sevindirici hal idi ki, Avropa musiqi alətlərindən heç də geri qalmayan bu musiqi aləti orkestr müşahidəsi ilə səslənirdi”.

Tarix
2018.04.04 / 18:30
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla