Yuxarı

Professor niyə anonim imza ilə şeir yazır? - Açıqlama

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aşıqlığın kökü şamanlara bağlıdır. Qam-şaman ənənəsi üzərindən gəlib, ozan sənətinə, oradansa aşıqlığa doğru yol keçir. Bu anlamda aşıqlığın bəzi keyfiyyətləri şamanizmdən qalıb.

Kult.az xəbər verir ki, bu sözləri Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı Publika.az-a geniş müsahibəsində deyib. O, aşıqlarla ozanların fərqi və başqa maraqlı məsələlərdən danışıb:

“Şamanizmdə aşıqlar təbib idilər. Musiqi vasitəsilə insanları sağaldırdılar. Öncəgörənlikləri vardı, musiqi yolu ilə gələcəkdən xəbər verirdilər. Gələcəkdən xəbər vermək daha çox haqq aşıqlarına məxsus idi. Hətta şamanlıqdan sonra ozanlar toy və yas mərasimlərini idarə edirdilər. Görürsünüzmü, bəzi havalar qəm üzərindədir, digərləri dəm. İslamdan sonra isə bu ənənə ortadan çıxdı və yuğçu ozanları mollalar əvəz etdi.

Aşıq daha çox islami dünyagörüşə malikdir, ozan isə tanrıçılığa, şamanizmə”.

AAB sədri Orxan Paşa təxəllüsü ilə şeirlər yazması ilə bağlı faktı açıb:

“Paşa atamın adıdır, Orxan da mənim. Anam çox istəyirmiş ki, adımı Orxan qoysun. Məhərrəmlik ayında dünyaya gəldiyim üçün babam adımı Məhərrəm qoyub. Anamın istəyinə uyğun olaraq Orxan adımı da yazılarımda yaşadıram. Amma təkcə bədii əsərlərimdə. Elmi yazılarımda Məhərrəm Qasımlı imzası ilə yazıram”.

Tarix
2018.04.05 / 16:46
Müəllif
Aqşin
Şərhlər
Digər xəbərlər

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla