Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
25 Sentyabr 2018


Hollandiya mediası Əlizadəni görün kimlə müqayisə etdi

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər il “Royal Concertgebouw Orchestra” (Niderland Kral Orkestri) əvvəlki ilin daha uğurlu premyeralarının səsyazısı olan kompakt-disklərin işıq üzü görməsinə təşəbbüs göstərir.

Azərbaycan Bəstəkarlar İttifaqından Kult.az-a bildirilib ki, 2018-ci ildə disklərin bu nüfuzlu seriyasına Xalq Artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, YUNESKO-nun Sülh artisti, professor Firəngiz Əlizadənin “NASIMI Passion” əsəri daxil edilib. Xatırladaq ki, bu əsər keçən ilin aprelində Amsterdamın məşhur “Concertgebouw” konsert salonunda iki dəfə səslənib. Kompakt-diskə yazılmış “HORIZON 8” holland etiketindəki mətnin müəllifi, tanınmış musiqi tənqidçisi Floris Don Berlində və Cenevrədə keçirilmiş təqdimat mərasimlərində qeyd edib ki, “Firəngiz Əlizadənin çox gözəl əsəri “NASIMI Passion” təkcə bəstəkarın deyil, həmçinin “Concertgebouw”nun repertuar siyasətinin böyük nailiyyətidir. Biz ilk dəfə İslam dünyası təmsilçisinin Qərb və Şərqin musiqi ənənələrinin təması ideyasını təcəssüm etdirən, mənaca və ifadə şəklinə görə əzəmətli yeni əsərinin nümunəvi çıxışının şahidi olduq”.

“De Volkskrant” qəzeti F.Əlizadənin yeni əsərinin premyerasından şövqlə bəhs edib. Albomda məqalədən sitata yer verilir: “Firəngiz Əlizadə musiqisinin təsir gücü, məna tərzi və özünəməxsus intonasiyası ilk notdan dinləyiciləri valeh edir. Bu əsərin müəllifinin Şərq və müsəlman ölkəsi olan Azərbaycanın qadın bəstəkar olması xüsusilə heyrətamizdir”.

Resenziyada qeyd edilir ki, Firəngiz Əlizadənin musiqisi təsir gücünə görə Rixard Vaqnerlə müqayisə oluna bilər. Həmçinin əsərin dirijor Martin Brabbinsin rəhbərliyi altında simfonik orkestr, xor (rəhbər Klaus Ştok), Əvəz Abdulla (bariton) tərəfindən mükəmməl ifası da diqqətə çatdırılır.

Sonda Floris Don yazır: “Firəngiz Əlizadə təkcə unikal bəstəkarlıq dəst-xəttinə malik deyil, onun bu gün dünyaya söyləyəcəyi də var”.

Əlavə edək ki, qoşma albomda İmadəddin Nəsiminin orijinal mətnləri, habelə onların holland, ingilis və alman dillərinə tərcümələri yer alıb. Mütəxəssislər əmindirlər ki, F.Əlizadənin musiqisindən ibarət yeni kompakt-disk müasir klassik musiqisevərlərin kolleksiyasının bəzəyi olacaq.

Tarix
2018.04.16 / 22:37
Müəllif
Kult.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Bakıda dünya şöhrətli kvintet konsert verdi - Foto

Kəcavədə gələn, “Yalançı” olan böyük azərbaycanlı - Video

Ermənilər Üzeyir bəyi belə öldürdü - Axar TV

Heydər Əliyev Mərkəzinin parkında konsert

Metronun 4 stansiyasında pulsuz konsert olacaq

Heydər Əliyev Mərkəzinin parkında konsert keçiriləcək

Azərbaycanlı ABŞ-da 3 günə ağlasığmaz məbləğdə pul qazandı

Netanyahu "Avroviziya"dan danışdı: Bütün dünya...

Bu “bayağı” mahnı niyə məşhurlaşdı? – Ekspert

Əbru Gündəşin Bakı konsertinin qiyməti: 800 manat...

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla