Yuxarı

Nazir müavini, professor xanımın heyrətamiz ifası - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün 9 il nazir müavini işləmiş tarixçi alim İradə Hüseynova 54 yaşını qeyd edir.

Kult.az xəbər verir ki, İ.Hüseynova 19 aprel 1963-cü ildə Bakı şəhərində dünyaya gəlib. O, 1980-ci ildə Bakı şəhərinin 8 saylı orta məktəbini, 1985-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib.

İradə Hüseynova Prezident Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli sərəncamı ilə təhsil nazirinin müavini təyin edilib. O, 2011-ci ilə qədər həmin illərin təhsil naziri Misir Mərdanovun müavini işləyib.

İ.Hüseynova fəaliyyəti, araşdırmaları, nazir müavini işlədiyi zamanlarda təhsillə bağlı gördüyü işlərlə bərabər gözəl ifası ilə də məşhurdur. Zaman-zaman onun ailə məclislərində gözəl rəqs və ifası gündəm olub.

Keçmiş nazir müavininin rəğbətlə qarşılanan belə videolarından biri də onun iştirak etdiyi məclisdə lentə alınıb. Belə ki, bu gün 54 yaşını qeyd edən İ.Hüseynova videoda məclislərin birində rəqs edərək Elmira Rəhimovanın məşhur “Sən yadıma düşəndə” mahnısını ifa edir.

Hazırda Bakı Dövlət Universitetinin “Qafqaz xalqları tarixi” kafedrasının müdiri vəzifəsini icra edən İ.Hüseynovanın rəqsi və olduqca gözəl ifası ad günü münasibəti ilə yenidən paylaşılıb və hər kəs tərəfindən alqışlanıb.

Qeyd edək ki, 9 il Təhsil naziri Misir Mərdanovun müavini vəzifəsini icra edən tarixçi alimimiz hazırda Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, həmçinin Bakı Dövlət Universitetində YAP Qadınlar Şurasının sədridir.

Tarix
2018.04.19 / 10:15
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla