Yuxarı

Fond musiqimizin təbliğinə başladı

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması ilə əlaqədar silsilə tədbirlər həyata keçirir.

Kult.az xəbər verir ki, Fondun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Bakı şəhərinin Yasamal rayonu Heydər Əliyev Mərkəzində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq doktoru Nuridə İsmayılovanın “Cümhuriyyət dövründə musiqi” mövzusunda mühazirəsi keçirilib.

Tədbiri giriş sözü ilə açan Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı Fondun həyata keçirdiyi layihələrdən danışıb, musiqinin estetik zövqün cilalanmasında rolundan bəhs edib.

Yasamal Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vaqif Məmmədov Bilik Fonduna və Bakı Musiqi Akademiyasına maarifçilik missiyasının həyata keçirilməsində uğurlar arzulayıb və təşəkkürünü bildirib.

Mühazirəçi Nuridə İsmayılzadə Bakıda və ümumilikdə Azərbaycanda musiqi mədəniyyətinin təşəkkül tapdığı dövrdən Cümhuriyyət dövrünə qədər və ondan sonrakı illərdə musiqimizin inkişaf yolundan danışıb. Natiq özülü muğamla yoğrulan Azərbaycan musiqisinin məhz Cümhuriyyət dövründə keçdiyi yola diqqət çəkib.

Tədbir tələbələrin milli musiqimisin zəngin tarixinə dair sualları və mövzu ətrafında müzakirələrlə davam edib.

Tarix
2018.04.27 / 16:22
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdama getdilər

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla