Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 İyul 2018


Avroviziyada finala çıxa bilməməyimizin səbəbi... - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aysel Məmmədova “Avroviziya” müsabiqəsində finala keçə bilməməsi ilə bağlı fikirlərini bölüşüb.

Publika.az xəbər verir ki, 28 yaşlı sənətçi ona dəstək olan hər kəsə təşəkkür edib:

“Xoş sözlərinizə görə çox təşəkkür edirəm. Bu, sizin kimi bizə də böyük sürpriz oldu. Çünki neçə aydır ki, bütün ruhumuzu və gücümüzü bu işə qoymuşduq... Təəssüflər olsun ki, “Avroviziya” alqoritmi haqqında əvvəlcədən nə isə söyləmək çətindir. İlk gündən bizimlə olan, bizi izləyən, bizə dəstək olan və bu layihədə ən kiçik əməyi keçən hər kəsə minnətdarlığımı bildirirəm. Heç nəyə baxmayaraq, müsabiqədən misilsiz təcrübə, böyük emosiya və çox müsbət təəssüratlar topladım. Çoxlu istedadlı musiqiçilər və yaxşı insanlarla tanış oldum, onlarla maraqlı anlar yaşadım.

Musiqiçi kimi mənim üçün əsas və başlıca məqsəd ondan ibarət idi ki, ölkəmi layiqincə təmsil edim və mən bunu 100% bacardım. Biz bunu etdik, amma vəziyyətin gedişinə təsir göstərmək üçün gücüm yox idi.

Yekun olaraq, lakin heç də az önəmli olmayan detalı vurğulamaq istəyirəm ki, hər şey daha yaxşı nəticə naminə baş verir. Tezliklə görüşənədək".

Xatırladaq ki, dünən Portuqaliyanın paytaxtı Lissabonda “Avroviziya ” mahnı müsabiqəsinin birinci yarımfinalı baş tutub. Azərbaycan müsabiqədə iştirak etməyə başladığı 2008-ci ildən bu yana ilk dəfə olaraq final mərhələsinə vəsiqə qazana bilməyib.

Tarix
2018.05.09 / 19:22
Müəllif
Kult.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Türkiyə reklamında Azərbaycan mahnısı... - Video

Məşhur fransız xalq artistimizin önündə niyə diz çökdü? - Video

MTRŞ aşıq olayına görə ATV-yə xəbərdarlıq etdi

Dünyanın sevdiyi Ramini biz tanımırıq... – Foto

Prezident Tamara xanıma “Şərəf” ordeni verdi

Nazirin nəvəsi Əliyevanın mahnısını oxudu - Video

İsrailin “Avroviziya” qələbəsi ləğv edilə bilər - Şok

Tatlısəsə gizli zəng: Oğlunu öldürəcəyik...

Azərbaycan polisi haqqında marş - Video

Eminin Trampla bağlı klipi rekord qırır - Video

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla