Yuxarı

Qüdsdəki “Avroviziya”da iştirak edəcəyikmi? - Açıqlama

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il mayın 12-də Portuqaliyanın paytaxtı Lissabonda “Altis Arena”da keçirilən Avroviziya-2018 beynəlxalq mahnı müsabiqəsinin qalibi İsrail təmsilçisi Netta Barzilay olub. İsrailin Baş naziri Benyamin Netanyahu müğənnini qələbə qazanması münasibətilə təbrik edib və növbəti il müsabiqənin Qüdsdə keçiriləcəyini bildirib.

İsrail Baş naziri Netanyahunun musiqi yarışmasını siyasiləşdirməsi müzakirələrə yol açıb. Artıq indidən Qüdsdə keçiriləcəyi bəyan edilən Avroviziya-2019 yarışına dövlətlərin nümayəndə göndərib-göndərməyəcəyi mübahisələndirilir. Ölkəmizin də sözügedən yarışmaya qatılıb-qatılmaması ictimaiyyətdə müzakirə edilən mövzulardan biridir.

Məsələ ilə bağlı Kult.az-a danışan İctimai TV-nin “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinə iştirakçıların hazırlanmasında məsul olan departamentinin əməkdaşı televiziyanın rəhbərliyinin dəyişdiyi üçün bu barədə dəqiq məlumat verə bilməyəcəklərini deyib.

O bildirib ki, dəyişiklik prosesindən sonra yeni rəhbərlik bununla bağlı qərarını verəcək.

Qərar iyun ayında açıqlanacaq.

Tarix
2018.05.17 / 15:51
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla