Yuxarı

Fəxri ad alan müğənni: Məni qürurlandırdı - Foto

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bir neçə saat öncə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə incəsənət işçilərinə Azərbaycan Respublikasının fəxri adlarının verilməsinə qərar verib. Bu gün bu siyahıda öz adımı görmək məni qürurlandırdı.

Kult.az xəbər verir ki, bu sözləri İnstaqram səhifəsində ölkə başçısı İlham Əliyevin sərəncamı əsasında “Əməkdar artist” adı qazanan müğənni Miri Yusif yazıb.

“20 il öncə başladığım musiqi fəaliyyətimin son 10 ilini solo fəaliyyətə həsr etmişəm. Uğur əldə etmək heç vaxt asan olmayıb. Hər zaman öz əməyimə, sənətimə görə alın təri tökmüşəm və hər dinləyici alqışını dırnaqlarımla, əziyyətimlə tək-tək qazanmışam. İlk olaraq Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə məni bu fəxri ada layiq gördüyünə görə dərin təşəkkür edirəm! Daha sonra öz valideynlərimə minnətdarlığımı bildirirəm, çünki qazanmış olduğum hər uğurun memarı onlar olduğu kimi bu ad da onlara məxsusdur”, - müğənni bildirib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Tarix
2018.05.27 / 16:04
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla