Yuxarı

Dünyanın sevdiyi Ramini biz tanımırıq... – Foto

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Prison Break” (Həbsdən qaçış), “Game of Thrones” (Taxt oyunları), “Westworld” (Qərb dünyası) seriallarının musiqilərini bəstələyən Ramin Cavadi (Djawadi) əslən azərbaycanlıdır. Xüsusilə, o, “Game of Thrones” (Taxt oyunları) serialına bəstədiyi musiqi və melodiyalarla dünya miqyasında məhşurlaşıb. Cavadi həm film, həm də TV üçün 100-dən çox film musiqisi və film qeydi ərsəyə gətirib. Bu işlərinə görə hazırda Cavadi Hollivudun ən məşhur musiqiçilərindən sayılır.

Kult.az xatırladır ki, Ramin Cavadi 19 iyun 1974-cü ildə Almaniyanın Duysburq şəhərində dünyaya gəlib. Raminin anası almandır, atası isə əslən Cənubi Azərbaycandandır.

Orta məktəbi Almaniyada bitirən Cavadi bundan sonra təhsilini davam etdirmək üçün ABŞ-a gedib. Bostonda Breekle Musiqi Kollecində təhsil alıb.

Təhsilini bitirdikdən sonra musiqi qrupu ilə çalışmağa başlayıb. Həmin qrupda işləyən zaman Hans Zimmerlə tanış olub və bundan sonra fəaliyyətini onunla davam etdirib.

Cavadi “Dəmir adam” filminə bəstələdiyi musiqidən sonra məşhurlaşıb. Bundan sonra bir sıra televiziya seriallarına və başqa filmlərə musiqi yazıb. 2003-cü ildə “Cesika Linçin qurtuluşu” filminə bəstələdiyi musiqi ona müraciət edənlərin sayını artırıb. Onun ən önəmli işlərindən biri də Sakit okeanın qırağında “Həbsdən qaçış” filminə bəstələdiyi musiqidir.

“Taxt oyunları” filminə yazdığı musiqi onun məşhurluğunu bir az da artırıb. Bundan başqa, Cavadi “Qəraib dənizinin quldurları” filminin də musiqisini yazıb.

Cavadi bəstələdiyi musiqilərinə görə bir çox mükafatlara layiq görülüb. 2007-ci ildə onun bəstələdiyi musiqilərindən ibarət albomu çıxıb.

Müsahibələrinin birində Cavadi bu sənətə marağın onda necə yarandığını izah edib:

“4 yaşımdan musiqi ilə maraqlanmağa başlamışdım. Burada ən çox anamın rolu olub. 4 yaşımda pianoda çaldığım bir melodiya ilə atamı və anamı təəccübləndirmişdim. Sonra onlar mənim musiqi təhsili almağımı istədilər. 11 yaşıma qədər orq çaldım. 11-13 yaşlarımda ümumiyyətlə musiqidən uzaqlaşdım. 13 yaşımda isə yenidən gitara öyrənmək qərarına gəldim. İl yarım ərzində gitaranı mükəmməl səviyyədə ifa etməyi öyrəndim. Daha sonra rok qrupunda ifa etdim. Elə bu illər ərzində başa düşdüm ki, özüm musiqi yaza bilirəm. Xüsusilə ”Ulduzların müharibəsi” filminin musiqisi məni başqa bir aləmə aparmağı bacarırdı”.

Onun sözlərinə görə, musiqi dramatik səhnələrin həyəcanlı olmasında çox önəmlidir

Tarix
2018.07.09 / 13:20
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla