Yuxarı

Qəbələdə konsert davam edir: tanınmışlar bir səhnədə - Foto

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

X Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 1-də Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında yerli və xarici ölkələrdən dəvət olunmuş tanınmış musiqiçilərin iştirakı ilə növbəti konsert proqramı təqdim edilib.

Kult.az xəbər verir ki, konsertdə S.Raxmaninovun “Fortepiano və violonçel üçün sonata”, E.Qranadosun “Qoyeskas” operasından intermezzo, R.Şumanın “Adajio” və “Alleqro”, İ.Bramsın “Fortepiano və viola üçün Sonata” əsərləri səsləndirilib.

Kamera musiqisi axşamında festivalın bədii rəhbərləri, dünya şöhrətli musiqiçilər - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli (piano) və Dmitri Yablonski (violonçel, İsrail, ABŞ), həmçinin avstriyalı viola ifaçısı Nora Romanov-Şvartsberq və Azərbaycanın tanınmış pianoçusu, Xalq artisti Murad Adıgözəlzadə çıxış ediblər.

Festivalın proqramına uyğun olaraq, axşam saat 21:00-da Kubadan gəlmiş “Jovenes Clasicos Del Son” ansamblının konserti olacaq.

Tarix
2018.08.01 / 21:58
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla