Yuxarı

Xanəndələr Qəbələdə unudulmaz anlar yaşatdı - Foto

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Fondunun möhtəşəm layihələrindən biri olan Beynəlxalq Musiqi Festivalı qədim Qəbələ şəhərində uğurla davam edir.

Kult.az xəbər verir ki, X Qəbələ Beynəlxalq Musiqi Festivalının proqramına daxil olan, tamaşaçıların və şəhərin qonaqlarının böyük səbirsizliklə gözlədikləri muğam axşamı nəhayət, reallaşdı. Avqustun 2-də axşam saat 21-də Heydər Əliyev Konqres Mərkəzinin qarşısında quraşdırılan açıq səhnədə Azərbaycanın tanınmış gənc muğam ifaçıları möhtəşəm ifaları ilə buraya toplaşan iki minə yaxın tamaşaçıya unudulmaz musiqi bayramı bəxş etdilər.

Konsertdə Heydər Əliyev Fondunun təşkil etdiyi “Muğam Televiziya Müsabiqəsi-2007”də ikinci yerə layiq görülən xanəndə Abgül Mirzəliyevin ifasında “Mahur” təsnifi və “Heydər babaya salam” mahnısı, 2011-ci ildə keçirilən müsabiqənin qalibi Səbinə Ərəblinin ifasında “Bayatı Şiraz” təsnifi və “Olmaz-olmaz” xalq mahnısı, həmin müsabiqədə ikinci yeri tutan Kamilə Nəbiyevanın ifasında Cahangir Cahangirovun “Qara gözlər” və Əfrasiyab Bədəlbəylinin Məmməd Səid Ordubadinin “Dumanlı Təbriz” pyesi üçün yazdığı “Qönçələb” mahnıları, xanəndələrin birlikdə ifa etdikləri “Qarabağ şikəstəsi”, Əməkdar artist, tarzən Sahib Paşazadənin rəhbərlik etdiyi instrumental ansamblın ifasında “Çahargah” rəngi tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

İstedadlı gənc muğam ifaçılarını əməkdar artistlər - kamançada Toğrul Əsədullayev, kanonda Çinarə Heydərova, nağarada Emin Cəbrayılov, balabanda Azad Əliməmmədov, udda Səfa Kərimov müşayiət ediblər.

Festivalın proqramına uyğun olaraq, avqustun 3-də tamaşaçılara Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kamera orkestrinin, Budapeşt Gypsy Band və “Qaytağı” ansamblının konsertləri təqdim olunacaq.

Tarix
2018.08.03 / 01:01
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla