Yuxarı

Qəbələ festivalının bağlanış mərasimi - Foto

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Qəbələ Mədəniyyət Mərkəzində X Qəbələ Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi baş tutub.

Kult.az xəbər verir ki, tədbirdə İsrailin Azərbaycandakı səfiri, millət vəkilləri, tanınmış mədəniyyət və incəsənət nümayəndələri iştirak edib. Heydər Əliyev Fondu və Gilan Holdinq tərəfindən təşkil edilən festivalın son günündə məşhur Yerusəlim Simfonik Orkestrinin müşayiəti ilə maraqlı klassik əsərlər səsləndirilib. Solistlər xalq artisti Samir Cəfərov, vokal ifaçıları Adil Axundov, Elnarə Məmmədova və digərləri olub.

Xalq artisti Fərhad Bədəlbəyli bütün jurnalistlərə təşəkkürünü bildirib, bu dəfə mətbuatda, mediada festival barəsində piarın yüksək səviyyədə aparıldığını qeyd edib:

"Burada əsas məsələ iki amildir – maarifçilik və kommersiyadan kənar festival keçirmək. Bildiyiniz kimi, bu festivalda bilet satılmır. Festival çərçivəsində bəstəkarlar haqqında da məlumatlar verilirdi. İnşallah ki, gələn il yenə bu cür festival təşkil edəcəyik”.

Qeyd edək ki, X Qəbələ Beynəlxalq Musiqi Festivalı bu il 30 iyul - 7 avqust tarixlərində keçirildi.

Festivalda Rusiya, İsrail, ABŞ, İtaliya, Avstriya, İsveçrə, İspaniya, Türkiyədən dünya şöhrətli dirijorlar və musiqiçilər – Oksana Yablonskaya, Dmitri Yablonski, Janna Qandelman, Annel Qreqori, Olqa Yermakova, Eduard Vulfson, Nora Romanov-Şvartsberq, Tomer Lev, Mine Kurtoğlu, Mixail Xoxlov, Salvador Brotons və başqaları iştirak edib.

Festival çərçivəsində keçirilən konsertlərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” Gənclər Kamera Orkestri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestri, “Qaytağı” ansamblı, “Clarte” klarnet kvarteti, “Furioso” kvarteti, Yerusəlim Simfonik Orkestri, Jovenes Clasicos del Son instrumental qrupu (Kuba), Tbilisi Big Band orkestri (Gürcüstan), Gypsy Band (Budapeşt), Xalq artistləri Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə, Yeganə Axundova, Şükür Səmədov, Ənvər Sadıqov, Samir Cəfərov, Əməkdar artistlər Fuad İbrahimov, Aleksey Miltıx, Sahib Paşazadə, Çinarə Heydərova, Emil Əfrasiyab, beynəlxalq müsabiqələr laureatları Səidə Tağızadə, Nərmin Nəcəfli, Cavad Tağızadə, Məhərrəm Hüseynov, Mahir Tağızadə, Taleh Yahyayev, Ziba Rəcəbli, Toğrul Hüseynli, Vurğun Vəkilov, istedadlı gənc solistlər, muğam ifaçıları və b. çıxış edib.

Həmçinin festivalda xalq artisti, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəl-zadə tərəfindən təşkil olunan və xalq artisti, festivalın bədii rəhbəri Fərhad Bədəlbəyli tərəfindən dəstəklənən “Gənclərə dəstək” layihəsinin iştirakçıları, istedadlı musiqiçilər konsert proqramı ilə çıxış edib.

Tarix
2018.08.07 / 23:17
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla