Yuxarı

Bu festival Mehriban Əliyevanın xidmətidir - Foto

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ərəb Əmirliklərində ərəb dilində nəşr olunan və böyük oxucu kütləsinə malik “Əl Fəcr” qəzetində Qəbələdə keçirilmiş beynəlxalq musiqi festivalı barədə geniş məqalə dərc olunub.

Kult.az xəbər verir ki, iyulun 30-dan avqustun 7-dək keçirilmiş beynəlxalq musiqi festivalında iştirak etmiş qəzetin baş redaktoru Şərif əl Bəsilin müəllifliyi ilə dərc olunan məqalədə hər il dünyanın və Azərbaycanın nüfuzlu musiqiçilərinin iştirakı ilə təşkil olunan beynəlxalq musiqi festivalı və ona ev sahibliyi edən füsunkar Qəbələ barədə ətraflı söhbət açılır. Qeyd edilir ki, festivalın konsertlərindən biri Azərbaycanın dünyaca məşhur bəstəkarı Qara Qarayevin 100 illik yubileyinə həsr olunub. Festivalda Azərbaycanın dahi bəstəkarının, həmçinin digər tanınmış musiqiçilərin əsərlərindən, Azərbaycan xalq musiqi janrı olan muğamın incilərindən heyranlığını bölüşən müəllif bu möhtəşəm festivalın artıq on ildir ənənəvi olaraq Qəbələdə keçirildiyini bildirir.

Yazıda tədbirə ev sahibliyi edən Qəbələnin füsunkar təbiətini təsvir edən Şərif əl-Bəsil bu ecazkar təbiət möcüzəsinin əbəs yerə Birləşmiş Ərəb Əmirliklərindən olan turistlərin ən sevilən istiqamətlərindən birinə çevrilmədiyini vurğulayır.

Müəllif yazıda bu möhtəşəm musiqi festivalının təşkilində, həmçinin Azərbaycan mədəniyyətinin və incəsənətinin dünyaya tanıdılması istiqamətində Heydər Əliyev Fondunun və Fondun prezidenti Mehriban Əliyevanın fəaliyyətini xüsusi qeyd edir.

Baş redaktor, eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın böyük humanizm, qayğı və vətənpərvərlik tərənnüm edən xidmətlərindən bəhs edir. Müəllif qeyd edir ki, X Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub.

Məqalədə bildirilir ki, Azərbaycan mədəniyyətinin və incəsənətinin dünyada tanıdılmasında əvəzsiz xidmətləri olan Mehriban Əliyeva Azərbaycan muğamının, tolerantlıq dəyərlərinin dünya miqyasında tanıdılması, mədəniyyətlərarası dialoqun qurulması və təşviq edilməsi istiqamətində mühüm işlər görür. Həmçinin yazıda Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanda təhsilin və mədəniyyətin inkişafı sahəsində gördüyü işlərdən, xeyriyyəçilik fəaliyyətindən bəhs olunur.

Məqalədə baş redaktor X Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçılarının tədbirlə bağlı fikirlərini də oxuculara təqdim edir.

Tarix
2018.08.15 / 21:23
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla