Yuxarı

Sarabski və İmanov Braziliyada konsert verdi - Foto

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın caz ustadları İsfar Sarabski&trio və Şəhriyar İmanov Braziliyaya 22 avqust tarixindən başlanan turnenin davamı olaraq Rio-de-Janeyro şəhərinin məşhur Blue Note konsert zalında sonuncu konsertlərini veriblər.

Azərbaycanın Braziliyadakı səfirliyindən Kult.az-a daxil olan məlumatda bildirilir ki, Rio-de-Janeyrodakı konsert San Pauloda keçirilmiş üç konsert və bir ustad dərsi kimi yerli auditoriya tərəfində çox böyük maraqla qarşılanıb.

Konsertə Rio-de-Janeyro şəhər meriyasının nümayəndələri, burada yerləşən Azərbaycan bələdiyyə məktəbinin müəllim və şagirdləri, həmçinin yerli caz həvəskarları qatılıblar. Tədbir yerli mətbuat tərəfindən geniş işıqlandırılıb.

Qeyd edək ki, Azərbaycanın Braziliyadakı səfirliyinin təşkilatçılığı və dəstəyi ilə həyata keçirilən Azərbaycan ustadlarının Braziliya turnesi 21-31 avqust tarixlərində həyata keçirilib və Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilib. Keçirilmiş konsertlər yerli SESC TV kanalı tərəfindən lentə alınaraq ölkənin müxtəlif televiziya və radiolarında il boyu yayımlanacaq. Həmçinin konsertlər albom şəkilində dünya miqyaslı digital platformalarda yerləşdiriləcək.

Tarix
2018.09.01 / 00:13
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla