Yuxarı

Avroviziya təmsilçimiz gürcüləri heyran qoydu

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda Cənubi Qafqaz ölkələri, eləcə də İran, ABŞ, Polşa və Seneqaldan olan musiqiçilərin iştirakı ilə “One Caucasus-2018” V beynəlxalq musiqi festivalı keçirilib.

Axar.az xəbər verir ki, festival azərbaycanlıların yığcam yaşadıqları Bolnisi rayonunun Poladauri kəndi ərazisində təşkil edilib.

Keçən il isə festival Marneuli rayonunun Tserakvi kəndində keçirilmişdi.

Festivalın təşkilat komitəsinin sədri Vitek Hebanovski bildirib ki, tədbirin əsas məqsədi Cənubi Qafqazda yaşayan gəncləri ruhlandırmaq, dinc, sabit və təhlükəsiz bölgə yaratmaqdır. “Musiqi ilə sülh vəhdət təşkil edir. Bu yolla biz Cənubi Qafqazda sülhə nail ola bilərik”, - deyə o vurğulayıb.

Azərbaycanı bu festivalda “DiHaj” elektron musiqi qrupunun və “H3Collectiv” qrupunun müşayiəti ilə “Avroviziya-2017” mahnı müsabiqəsinin iştirakçısı Diana Hacıyeva təmsil edib. Təmsilçimizin çıxışı maraqla və alqışlarla qarşılanıb.

Festival çərçivəsində xalq yaradıcılığı sənəti nümunələrinin yarmarkası, mövzu üzrə seminarlar təşkil olunub.

Tarix
2018.09.02 / 20:06
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Biz buna fürsət kimi baxırıq - Prezident

Tarixi hadisə: Güneylilər Azərbaycanla bağlı toplanır

Prezidentdən sülh açıqlaması: Vaxt lazımdır!

Bayramov Petr Fiala ilə görüşdü

Xarici borcumuz çox aşağıdır, hətta… - Əliyev

Ermənistan istisna olmaqla... - İlham Əliyev

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

İlham Əliyev forumda iştirak edir - Canlı

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla