Yuxarı

Tanınmış jurnalistə ev verildi

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən tanınmış jurnalist, "CBC Sport" kanalının Xəbərlər Departamentinin şef redaktoru Rövşən Binnətliyə ev verilib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı jurnalist özü qeyd edib. O bildirib ki, mənzil məcburi köçkünlər üçün “Qobu-Park”da inşa edilmiş yaşayış kompleksindən verilib:

“Bu dəqiqələrdə həyatımda baş verən ən önəmli hadisələrdən birinin sevincini yaşayır və hisslərimi sizinlə bölüşmək istəyirəm. Bir az əvvəl mənə məcburi köçkünlər üçün “Qobu-Park”da inşa edilmiş yaşayış kompleksindən mənzil verildi. Bu, qismət olarsa, yaxın vaxtlarda qeyd edəcəyim 60 illik yubileyimə ən böyük hədiyyədir. Buna görə müraciətimə son dərəcə həssaslıqla yanaşan və müsbət cavablandıran Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya ailəm adından sonsuz təşəkkür edir, minnətdarlığımı bildirirəm.

Daha bir mühüm məqamı vurğulamağı özümə borc bilirəm. Bir neçə aydır ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə Rövşən Rzayev rəhbərlik edir. Bu təyinata görə Prezident İlham Əliyevə xüsusi təşəkkürümü çatdırıram. Çünki illərdir yaşayış şəraitinin yaxşılaşdırılacağını gözləyənlər artıq humanist və həssas, ən əsası isə obyektiv yanaşmanın şahididir. Təbii ki, yüksək dövləti etimada görə Rövşən müəllimi təbrik edirəm, amma eyni zamanda bildirirəm ki, bu təyinatdan ən çox udan Azərbaycan dövləti, Azərbaycan hökuməti, ilk növbədə isə məhz taleyinə qaçqınlıq, köçkünlük yazılmış biz qəlbiyaralı insanlardır”.

Tarix
2018.09.05 / 11:16
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla