Yuxarı

Sami Yusif Heydər Əliyev Mərkəzindəki açılışda - Foto

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 28-də Heydər Əliyev Mərkəzində Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalının təntənəli açılış mərasimi keçirilib.

Kult.az xəbər verir ki, görkəmli mədəniyyət xadimlərinin, eləcə də musiqisevərlərin qatıldıqları açılış konsertində Nəsimi yaradıcılığından nümunələr təqdim olunub.

Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası görkəmli bəstəkar Fikrət Əmirovun "Nəsimi dastanı" və İsmayıl Hacıbəyovun "Memorial" əsərlərindən parçalar təqdim edib.

Azərbaycan əsilli, tanınmış britaniyalı müğənni Sami Yusifin çıxışı gecəyə xüsusi rəng qatıb. İfalarında Şərqlə Qərbin vəhdətini yaratmış Sami Yusif ən populyar musiqilərini səsləndirməklə yanaşı, festivalın əhəmiyyətini vurğulayıb, təşkilatçılara minnətdarlığını bildirib, Nəsimi şeiriyyətinin əbədiyaşarlığından danışıb. Nəsimiyə həsr etdiyi kompozisiya və onun ifasında Azərbaycan xalq mahnısı “Sarı gəlin” alqışlarla qarşılanıb.

Gecədə, həmçinin Azərbaycanın Əməkdar artisti Tünzalə Ağayeva Nəsiminin sözlərinə bəstələdiyi “Dua” mahnısını təqdim edib.

Heydər Əliyev Mərkəzində təşkil olunan gecədə Azərbaycan Milli Konservatoriyasının "Əsrlərin sədası" qədim musiqi alətləri ansamblı xüsusi layihə ilə çıxış edib. Ansamblın repertuarı XIV-XV əsrlər görkəmli Azərbaycan musiqiçisi Əbdülqadir Marağayinin bəstələri əsasında müasir bəstəkarların yeni kompozisiyalarından ibarət olub.

Qeyd edək ki, festivala sentyabrın 30-da yekun vurulacaq.

Tarix
2018.09.29 / 00:23
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla