Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
15 Dekabr 2018


Bakıda möhtəşəm Fez festivalı - Foto

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Muğam Mərkəzində Mərakeş Krallığının təşkil etdiyi ənənəvi Fez festivalı keçirilib.

Kult.az xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşan festivalı Mərakeş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarş açıq elan edib.

Cənab səfir Azərbaycanla Mərakeş arasında mövcud olan ikitərəfli münasibətləri yüksək qiymətləndirib və ölkələr arasında mövcud olan körpünün güclü dayaqlara söykəndiyini vurğulayıb. Səfir həmçinin tədbirin fəxri qonağı xanım Leyla Əliyevaya festivalda iştirakına görə dərin minnətdarlığını bildirib.

Daha sonra festival Əbdülrəhim Əbdülmöminin rəhbərliyi ilə Mərakeşdən Bakıya təşrif buyuran musiqi qrupunun ifası ilə davam etdirilib. Dörd hissəli proqram boyu bir-birindən maraqlı ifalar iştirakçıların könlünü oxşayıb.

Tədbirdə həmçinin Murad Hüseynov, Əbülfəz Qarayev və digərləri də iştirak edib.

Tarix
2018.09.29 / 20:38
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Загрузка...
Digər xəbərlər

Emin Bakıda konsert verdi - Foto

Emin Ağalarov: Möhtəşəm planlarım var

Əlizamanlının “Diriliş Ərtoğrul”dakı yeni ifası - Video

Dövlət Himnimizlə bağlı - Qadağa

Nyu York radiosu Behbudova veriliş həsr etdi

Türkiyənin Gəncədəki konsulu mahnı oxudu - Video

Müğənnimizə qadağa qoyuldu: Bu mahnını oxuma!

Lepe Riko Bakıda konsert verdi

"Avroviziya"nın qalibi bəlli oldu

Dünyanın ən cəld pianoçusu Bakıda konsert verdi - Foto

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla