Ölkənin baş notariusu işdən çıxarıldı
17:26
Ana səhifə Kult Musiqi |
Gənc ifaçı Nahidə Babaşlı ilk mahnısına çəkilmiş klipini izləyicilərə təqdim edib.
Kult.az xəbər verir ki, "Ulduz" adlı mahnının sözləri Azərbaycanın məşhur şairi, ustad Məhəmmədhüseyn Şəhriyarın "Behcətabad xatirəsi" şeirindəndir. Musiqisi isə ərdəbilli bəstəkar Vəfa Abrişamiyə məxsusdur:
"Bu da ilk mahnım, ilk klipim...Neçə aydır özüm də daxil olmaqla, bütün izləyicilərimin maraqla gözlədiyi mahnı nəhayət ki, ixtiyarınızdadır. Klipin hazırlanmasında əziyyəti keçən hər kəsə minnətdaram!" - deyə ifaçı İnstaqram hesabında bildirib.
Qeyd edək ki, bir müddət əvvəl mahnıdan qısa parça Yutuba yerləşdirilmiş, mahnı ölkəmizlə yanaşı, Türkiyə və İranda maraqla qarşılanaraq az müddətdə geniş izləyici sayı qazanmışdı.
Tarix
2018.10.12 / 01:28
|
Müəllif
Aytac Araz
|