Yuxarı

Fransalı səfir Bakıdakı festivaldan danışdı - Foto

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 20-də “Rotunda Jazz Club”da Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində Fransanın ölkəmizdəki səfirliyi və Azərbaycanda Fransız İnstitutunun dəstəyi ilə “İnitiatives” populyar fransız caz triosunun konserti olub.

Kult.az xəbər verir ki, konsertdən əvvəl qrup üzvlərinin və təşkilatçıların jurnalistlərlə görüşü keçirilib.

Fransanın ölkəmizdəki səfiri Aureliya Buşez Bakı Caz Festivalını yüksək qiymətləndirərək deyib ki, bu cür tədbirlər ölkələr arasında mədəni əlaqələrin inkişafına və möhkəmlənməsinə müsbət təsir göstərir. “Fransa və Azərbaycan bir çox sahələrdə, xüsusən mədəniyyət və incəsənət sferasında əməkdaşlıq edirlər. Bugünkü tədbir əməkdaşlığın bariz nümunəsidir. Musiqiçilərimiz hər il bu tədbirə gələrək öz məharətlərini göstərirlər. Bizlərə sevinc hissləri yaşadan bu musiqi bayramına görə festivalın təşkilatçılarına təşəkkür edirəm. Qeyd etmək istəyirəm ki, azərbaycanlı musiqiçilər də Fransaya gəlir və böyük uğurla çıxış edirlər”, - deyə səfir əlavə edib.

“İnitiatives” qrupunun lideri, pianoçu Jan-Kristof Şole diqqətə çatdırıb ki, onunla bərabər trionun tərkibinə Gildas Bokle (kontrabas) və Simon Berni (zərb alətləri) daxildirlər. “Bu, Bakıya ilk gəlişimizdir. Paytaxtınıza valeh oldum. Çox qonaqpərvər və gözəl şəhərdir, romantik ab-havası ilə mənə Parisi xatırladır. Bu cür möhtəşəm festivalda iştirak etmək bizim üçün şərəfdir. Hər şey yüksək səviyyədə təşkil olunub. Xüsusən bakılı tamaşaçıların cazı qiymətləndirməsi və bu janrı duyması sevindiricidir. Əminəm ki, bizim çıxışımız da dinləyicilərin xoşuna gələcək”, - deyə musiqiçi sözlərinə yekun vurub.

Bakı Beynəlxalq Caz Festivalının təşkilatçısı Leyla Əfəndiyeva diqqətə çatdırıb ki, gələcəkdə fransız caz ifaçıları ilə bir çox birgə layihələr nəzərdə tutulur. O, Fransa səfirliyinə festivalın keçirilməsində göstərdiyi köməyə görə təşəkkürünü bildirib. L.Əfəndiyeva qeyd edib ki, Bakıda fransız musiqisini çox sevirlər, məhz ona görə hər il Fransadan çoxlu istedadlı cazmenlər dəvət olunur.

Sonra “İnitiatives” triosunun konserti olub. Musiqiçilər melodik kompozisiyaları və improvizələri ilə tamaşaçıları sevindiriblər.

Tarix
2018.10.20 / 22:42
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla