Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Noyabr 2018


Praqada "Könlüm keçir Qarabağdan"... - Foto

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Çexiyadakı səfirliyinin, ölkəmizin Karlovı Varı şəhərindəki fəxri konsulluğunun və Xan Şuşinski Fondunun birgə təşkilatçılığı ilə Praqadakı “President” otelində “Könlüm keçir Qarabağdan” adlı konsert proqramı təşkil olunub.

Kult.az xəbər verir ki, konsertdə Çexiyanın dövlət nümayəndələri, diplomatik korpusun üzvləri, habelə yerli ictimaiyyətin və Azərbaycan icmasının təmsilçiləri iştirak ediblər.

Tədbirin açılışında Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev çıxış edərək Qarabağ məktəbinin Azərbaycanın mədəniyyətindəki, musiqisindəki rolundan danışıb.

Xan Şuşinski Fondunun rəhbəri, Azərbaycan muğamının mahir ifaçısı İsfəndiyar Cavanşirovun (Xan Şuşinski) qızı Bəyimxanım Verdiyeva milli musiqimizin dünya ölkələrində təbliği istiqamətində həyata keçirilən layihə barədə danışıb, bundan sonra da müxtəlif xarici dövlətlərdə silsilə konsertlərin təşkil olunacağını qeyd edib.

Sonra “Muğam televiziya müsabiqəsi”nin laureatı, beynəlxalq muğam müsabiqəsinin qalibi, Azərbaycan Respublikasının əməkdar artisti Ehtiram Hüseynovun ifasında Azərbaycanın muğam, təsnif və xalq musiqiləri ifa olunub. Konsert proqramı dinləyicilərin böyük marağına səbəb olub və alqışlarla qarşılanıb.

Tarix
2018.10.31 / 23:58
Müəllif
Kult.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Mərhum nazirin nəvəsindən möhtəşəm performans – Video

Alim Qasımovdan Londonda əsrarəngiz ifa - Video

Türk mediası Bakıdakı konsertdən yazdı - Foto

Elza ön cəbhədə əsgərlər önünə çıxdı – Video

Çalğın Məhəmməd “Çağdaş tribunu”nda - Video

YUNESKO-nun seçdiyi gözəl səslərdən biri... – Axar TV

Şeyx hiddətləndi: Erməni Bokanın mahnıları...

Azərbaycanda bu qız Yutubdan hər ay 10 min qazanır - Video

Emin Ağalarov dahi azərbaycanlıdan danışdı - Video

Bakıda musiqi axşamı davam edir - Foto

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla