Yuxarı

Alim Qasımov kilsədə oxudu

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Norveç Krallığının paytaxtı Oslo şəhərində dünyanın 15 ən yaxşı beynəlxalq musiqi festivalından biri sayılan "Oslo Dünya Musiqi Festivalı" keçirilib. Dünyanın müxtəlif ölkələrindən gəlmiş 300-dən çox musiqiçinin iştirakı ilə altı gün davam edən festivalda Azərbaycan musiqisi də təmsil olunub.

Axar.az Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, Oslo Azərbaycan Evinin rəhbəri Ramil Əliyev Azərbaycan musiqiçilərinin bu il ilk dəfə "Oslo Dünya Musiqi Festivalı"na dəvət aldığını deyib.

Festival çərçivəsində UNESKO tərəfindən dünyanın qeyri-maddi irsi sayılan muğamın ən yaxşı ifaçılarından biri, Azərbaycanın xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımovanın konserti keçirilib. Konsert Oslonun ən görkəmli məkanlarından biri olan Yakob kilsəsində baş tutub.

Konsertini təşkili Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO), Oslo Azərbaycan Evi və "Oslo Dünya Musiqi Festivalı" təşkilat komitəsinin yaxından əməkdaşlığı sayəsində baş tutub. Anşlaqla keçən konsertdə Norveç Krallığının Azərbaycan Respublikasındakı Fövqaladə və Səlahiyyətli səfiri Baard Ivar Svendsen, yerli musiqiçilər, incəsənət və mədəniyyət xadimləri, Oslodakı Azərbaycan diasporunun nümayəndələri və burada təhsil alan azərbaycanlı tələbələr iştirak edib.

Ramil Əliyev Azərbaycanın gələcəkdə də "Oslo Dünya Musiqi Festivalı"nda iştirakını təmin etmək, musiqimizi beynəlxalq festivallarda təqdim etmək üçün rəhbərlik etdiyi təşkilat tərəfindən dəstək göstəriləcəyini bildirib.

Tarix
2015.11.03 / 15:29
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla