Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Noyabr 2018


O, dünyanı dəyişəcək - Klinton və Trampın fərqi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da prezident seçkiləri yaxınlaşdıqca, Hillari Klinton və Donald Trampın xarici siyasət strategiyası daha da aktuallaşır.

Axar.az xəbər verir ki, namizədlərdən birinin seçiləcəyi təqdirdə dünyada hansı dəyişikliklərin olacağı indidən əsas müzakirə mövzusudur. Namizədlərin bu vaxta qədər təbliğat kampaniyalarındakı çıxışlarını ümumiləşdirərək, bəzi fikir ayrılıqlarını təqdim edirik:

İŞİD və Yaxın Şərq

Donald Tramp "Mən İŞİD haqqında generallardan daha çox bilirəm" deyir. O, İŞİD-i yox etmək üçün Klintonun "rejim dəyişdirmə" siyasətinin kökündən səhv olduğunu düşünür. Buna misal kimi Liviya, İraq, Misir və Suriyanı göstərir. Trampın fikrincə, İŞİD-i yox etməyin yeganə yolu müttəfiqlərlə birləşərək sürətli hərbi əməliyyata başlamaqdır.

Hillari Klinton da İŞİD-ə qarşı fəaliyyəti artıracağını deyir. O, bunu hava hücumlarını artırmaqla planlaşdırır. Xanım Klinton yerli qüvvələrə dəstək veriləcəyini, kəşfiyyat məlumatları əsasında hücumların kəsərini artıracağını bildirir. Klinton İŞİD-ə qarşı quru əməliyyatlarına başlamayacağını, Tramp isə bunun əksini edəcəyini bildirib.

Qeyd edək ki, hazırda ABŞ-ın Əfqanıstanda 10 min, İraqda 5 min, Suriyada bir neçə yüz canlı qüvvəsi var.

Rusiya və Vladimir Putin

Bir neçə il öncə Hillari Klinton Rusiya Prezidenti Vladimir Putini "kobud" adlandırmışdı. 8 il öncə yenə prezident olmaq üçün yarışarkən Putinin ünvanına "ruhu yoxdur" demişdi.

Lakin Donald Tramp Putin mövzusunda daha nikbindir. Rusiya ilə əlaqələri ən yüksək səviyyəyə çatdıracağını deyən milyarder iş adamı Putinlə şəxsi münasibətlər qurmağı çox istəyir. Putinin də Trampa münasibəti isti sayıla bilər. Çıxışlarının birində o, "Tramp istedadlı adamdır" demişdi.

NATO

Tramp çıxışlarında bir neçə dəfə NATO-nu tənqid edib. O, NATO ölkələrindən birinə hücum olacağı təqdirdə bütün üzv ölkələrin yardım etmək şərtinə qarşı çıxır. Buna səbəb kimi də NATO-ya üzv əksər ölkənin ümumi daxili məhsulunun 2%-ə qədərini bu quruma xərcləməməsini göstərir. Bu şərti ABŞ da daxil olmaqla, yalnız beş ölkə yerinə yetirir.

Tramp NATO ölkələrinə səslənərək "Ödəniş etmək məsuliyyətiniz var. Bu çox önəmlidir" deyir.

Klinton isə NATO-ya bağlılığını gizlətmir.

Ticarət razılaşmaları

Trampın önə sürdüyü başqa bir məsələ isə dövlətlərarası ticarət razılaşmalarıdır. Mövcud müqavilələrin ABŞ-ın milli maraqları ilə üst-üstə düşmədiyini iddia edən iş adamı razılaşmalara yenidən baxılması lazım olduğunu deyir.

Klinton isə müvcud şərtlərin ideal olduğu fikrindədir.

Tarix
2016.08.01 / 09:09
Müəllif
Hacı Qulu
Şərhlər
Загрузка...
Digər xəbərlər

İspaniya və Britaniya arasında Cəbəllütariq razılığı...

Vəliəhdlə bağlı bu iddialar şokedicidir - Cübeyr

ABŞ İnterpolun yeni rəhbərinə xeyir-duasını verdi

ABŞ niyə Ər-Riyada sanksiya tətbiq etmir? - Morozov

Putindən Tiflisi əsəbləşdirən açıqlama

ABŞ-ın ən soyuq ştatı silkələndi - Zəlzələ

ABŞ Türkiyənin narahatlığını anladı: Suriyada...

Bu ölkə nüvə reaktorunu işə salmağa hazırlaşır

Şahzadə barədə cinayət işi açıldı

Qonşuda Milli Təhlükəsizlik Şurası ləğv edildi

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla