Yuxarı

“Gürcüstan rus casusları ilə doldurulub”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda milli təhlükəsizliyin təmin edilməsi mexanizmləri işləmir.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vahid Milli Hərəkat Partiyasının nümayəndəsi Yelene Xoştariya söyləyib. Onun sözlərinə görə, son dörd ildə bu mexanizmlərin heç biri çalışmayıb:

"Təhlükəsizlik sistemində sədaqətlə çalışanların çoxu buradan uzaqlaşdırılıb. Əvəzində isə Rusiya xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinənlərin hamısı sistemə bərpa edilib".

Qeyd edək ki, bundan öncə Gürcüstanın keçmiş Baş Qərargah rəisi general Gigi Kalandadze mətbuata açıqlamasında ölkənin gizli hərbi obyektlərinin koordinatlarının Rusiya xüsusi xidmət orqanlarına satıldığını bildirib. Onun sözlərinə görə, ruslara xüsusilə torpaq altında olan gizli atəş nöqtələrinin koordinatları verilib. Kalandadze bu məlumatların Rusiyaya Gürcüstanın keçmiş Müdafiə naziri Mindiya Canelidze tərəfindən verildiyini iddia edib.

Mindiya Canelidze 2014-2015-ci illərdə Gürcüstanın müdafiə naziri olub.

Tarix
2016.08.01 / 18:27
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla