Yuxarı

Ərdoğanın qəbri olayına “Qurdlar Vadisi”ndən cavab - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Pana Film" "Qurdlar Vadisi" serialındakı məzarlıq səhnəsi ilə bağlı açıqlama verib.

Axar.az xəbər verir ki, "Pana Film" açıqlamasında şirkətin açıq-aşkar hədəf alınaraq böhtana məruz qaldığını bildirib.

"Haqqımızda məhkəməsiz edama səbəb olan, həqiqəti əks etdirməyən saxta sübutlar hazırlayaraq, "Deməsəm olmaz" adlı proqramın böhtan xarakterli yayımlarına qarşı bir çox önəmli məlumatları paylaşmağımız vacibdir.

Təqribən 13 ildir ki, yayımlanan və izləyicilərin könlündə ayrı bir yer tutan "Qurdlar Vadisi"nin hədəf alındığı səhər proqramında 4 il əvvələ aid – 159-cu bölümündəki məzarlıq səhnəsinə böhtan atılıb. Bu bölüm İstanbulda Anadolu Yakası Çəkməköy-3 bölgəsində yerləşən bir qəbiristanlıqda çəkilib. "Deməsəm olmaz" proqramının işçilərinin çəkdikləri qəbiristanlıqla heç bir əlaqəsi yoxdur. Xatırladılan bu bölümdə "gasılhane" səhnəsi çəkiləcəyi üçün həqiqətə uyğun olaraq heç bir ünsürü dəyişdirməmişdik, ona görə də sözügedən səhnə kadrda yer alıb. Bunun fərqinə varan "Deməsəm olmaz" proqramının səlahiyyətliləri başqa bir qəbiristanlığa – Ümraniyə Qocatəpə məzarlığına gedərək çəkiliş ediblər, böhtan atmaq üçün saxta dəlillər hazırlayıblar və ictimaiyyəti yanıltmaq, bizi haqsız şəkildə hədəf göstərmək üçün vizual mətbuatın adi gücünü pisə doğru istifadə ediblər. Proqram aparıcıları günah etdiklərini bilə-bilə əməllərini mediada əks etdiriblər. 12.10.2016 tarixli "Deməsəm olmaz" səhər verilişinin aparıcılarından olan Nihat Doğan tərəfindən ölümlə təhdid olunmuşuq. Digər aparıcı Ömür Varol isə serialın heç bir kanalda yayımlanmayacğını deyib".

Xatırladaq ki, Bəyaz TV-nin "Deməsəm olmaz" verilişinin heyəti "Qurdlar Vadisi" serialının 159-cu bölümündə qəbiristanlıqdakı "Ərdoğan" adlı qəbirə görə süjet hazırlamış, həmin kadrların lentə alındığı yerə getdiyini və sözügedən qəbir daşının üzərində başqa adın yazıldığının şahidi olduğunu vurğulamışdı.

Məsələ ilə bağlı Bəyaz TV-nin şərhçisi Nihat Doğan Prezident Rəcəb Tayyib Ərdoğana müraciət də etmişdi: "Ərdoğanı diri-diri torpağa basdırdınız. Hörmətli prezidentimiz, bunları görün! Ola bilsin ki, sizə düzgün informasiya çatdırmırlar. Lakin biz buradan səslənirik. Dostunuzu və düşmənizi yaxşı tanıyın. Bununla onlar subliminal mesajlar verirlər. Məhkəmə lazım olan tədbirləri görməlidir".

Tarix
2016.10.13 / 00:55
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla