Ana səhifə Planet |
Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində son 20 ildə ilk
dəfə Demokratlar partiyasından olan namizəd mer seçilib. 52 yaşlı
Bill de Blazio özünün əsas rəqibi, respublikaçı Co Lotanı
əhəmiyyətli dərəcədə üstələyərək, Nyu-York meri postunu
qazanıb.
2001-ci ildən bəri Nyu-York meri olan Maykl Blumberq isə ardıcıl
olaraq 3 dəfə bu postu tutduğu üçün qanunla seçkilərdə iştirak edə
bilməyib.
Bill de Blazioya qədər 1989-cu ildən bəri ABŞ-ın ən iri
meqapolisinin demokrat meri olmamışdı. Buna qədər de Blazio
Nyu-Yorkun ictimai müdafiəçisi kimi yüksək vəzifədə çalışıb.
Qaradərili qadınla evli olan Bill de Blazio Nyu-Yorkun
afroamerikalı və ispandilli əhalisinin böyük dəstəyini
qazanıb.
"Anspress" xəbər verir ki, Bill de Blazionun prioritetləri arasında
aztəminatlı ailələr və onların uşaqları üçün şəraitin
yaxşılaşdırılması və 200 min subsidiyalı mənzilin inşa edilməsi yer
alır. Yeni merin andiçmə mərasimi isə 2014-cü il yanvarın 1-də
keçiriləcək.
Tarix
2013.11.06 / 12:30
|
Müəllif
Axar.az
|