Yuxarı

AŞPA-da qalmaqal: sədr ermənini söndürdü - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 14-də AŞPA-dakı erməni nümayəndə heyətinin üzvlərinin iştirakı ilə keçirilən açıq debat zamanı Naira Karapetyan və Naira Zohrabyan qalmaqal yaradıb.

Axar.az xəbər verir ki, müzakirələr zamanı Ermənistan nümayəndə heyətinin üzvləri əsassız dava salaraq, AŞPA sədrinin keçmiş müavini Luka Volonteni Azərbaycanın maraqlarını müdafiə etməkdə ittiham ediblər. AŞPA-nın rəhbəri Pedro Aqramunt buna etiraz edib və ermənilərə heç bir sübutsuz belə bir bəyanatla çıxış etməyə ixtiyarları olmadığını bildirib.

Erməni millət vəkillərinin ittihamlarında geri çəkilmədiyini görən Aqramunt mikrofonu söndürməyə məcbur olub. Bir az sonra Naira Zohrabyan yenidən Volonteni ittiham etməyə və yüksək səslə danışmağa başladıqda Aqramunt mikrofonu ikinci dəfə söndürüb və Nairanı Luka Volontenin hüquqlarını pozmaqda ittiham edib.

"Siz onun yox, elə mənim hüquqlarımı da pozursunuz. Siz özünüz də elə Luka Volonte kimi Azərbaycan maraqlarına xidmət edirsiniz", – deyə Zohrabyan Aqramunta cavab verib.

O, həmçinin qeyd edib ki, AŞPA sədrinə qarşı hüquqi proses başladacaq.

Tarix
2016.10.15 / 13:55
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

Ermənistanla sərhəddə ilk dirək quraşdırıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla