Axar.az
Yuxarı
24 Mart 2017


Azərbaycanlı milyarderin 17 yaşlı oğlunun maşınları - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sankt-Peterburqdakı azərbaycanlı diasporunun lideri, milyarder-oliqarx Vaqif Məmişovun 17 yaşlı oğlu Rusiyanın maqazin mediasının ulduzuna çevrilir.

Virtualaz.org xəbər verir ki, yeniyetmə Rasim Məmişov peterburqlu model Polina Smirnova ilə sevgilidir və fotolarını özünün İnstaqram səhifəsindən paylaşıb.

Life.ru saytı yazıb ki, 18 yaşlı Polina Smirnova bu yaxınlara qədər dizayner Ulyana Sergeyevnanın qardaşı Aleksandrla birlikdə idi. 2015-ci ilin sonlarında "Tatlet" jurnalı onları Moskvanın yeni elit cütlükləri siyahısına daxil etmişdi. Lakin bir il sonra cütlük ayrılıb. Əvəzində Polinanın həyatına azərbaycanlı milyarder-oliqarxın varisi Rasim Məmişov daxil olub.

Özünə inamlı, gələcəyindən tam arxayın gənc məmuniyyətlə özünün dəbdəbəli həyatından fotoları sosial şəbəkələrdə paylaşır. Məlum olur ki, digər oliqarx balaları kimi onu da bahalı əyləncələr və avtomobillər özünə cəlb edir. 11-ci sinif şagirdi olan Rasimin kolleksiyasında artıq "Şevrolet Tahoe", "Mersedes Gelandevagen" və ağ rəngli "Audi R8" sportkarı var.

Rasimin sevgilisi də kasıb ailədən deyil. Polina Smirnova "Regional mehmanxana biznesi" şirkətlər qrupunun rəhbərinin qızıdır. Gənclər elitar piter gimnaziyası "Alma-mater"də tanış olublar. Bu gimnaziyada aylıq təhsil haqqı təxminən 1100 dollardır. Polina Rasimdən bir yaş böyükdür və artıq tələbədir, Sankt-Peterburq Dövlət İqtisadiyyat Universitetində təhsil alır.

Gənclər yay tətilinin bir qismini birlikdə keçiriblər. İtaliyanın Milan şəhərində onlar görməli yerləri, elit butikləri gəziblər. İtaliyada istirahətdən sonra Polina Yunanıstana, valideyinlərinin yanına gedib, Rasim isə Bakıya qohumlarının yanına gəlib. Ancaq cəmi bir ay sonra onlar Monakoda yenidən bir araya gəliblər. Cütlük Monte-Karlonun ən yaxşı restoranlarında çəkdirdikləri şəkilləri paylaşıblar.

Tarix
2016.10.28 / 13:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Trampla görüşün xüsusi önəmi var - Ərdoğan

Taliban bu bölgəni işğal etdi

Ruhani Putinlə görüşür: nələr müzakirə ediləcək?

Medvedyev Putini satdı: Xəstə deyildim

Türkiyə NATO üzvüdür, lakin qorxmuruq – Putinin köməkçisi

Ermənistan parlamenti bir həftədir toplana bilmir

Türkiyədən Rusiyaya sərt xəbərdarlıq: Qəbuledilməzdir

İrəvanda növbəti aksiya: “Sadəcə, biabırçılıqdır” - Foto

Sabiq deputatı öldürən xəstəxanada keçindi - Video

Almaniya Türkiyəyə qadağa tətbiq edir?

KULT
<>
Xəbər xətti
 
SORĞU
Cocuq Mərcanlıda yaşamaq istərdiniz?
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla