Yuxarı

Bakıdan ekstradisiya olunan mafioz Ankarada tutuldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə 10 ildir, axtarışda olan mütəşəkkil cinayətkar dəstənin başçılarından biri Ankarada yaxalanıb.

APA-nın verdiyi xəbərə görə, "Söyləməz qardaşları" adlı dəstənin başçısı Məhmət Sena Söyləməz Sincan rayonunda saxta Milli İstihbarat (Kəşfiyyat) Təşkilatının (MİT) vəsiqəsi ilə ələ keçib.

Hərbi həkim olan Məhmət Sena Söyləməz və istefada olan hərbçi Faysal Söyləməz qardaşlarının rəhbərlik etdiyi mafioz dəstə onlarla cinayətdə təqsirləndirilib. Onların və dəstənin digər üzvlərinin haqqında dəfələrlə həbs qərarı verilib.

Qeyd edək ki, dəfələrlə məhkum olunan Söyləməz qardaşları 2004-cü ildə İraqa qaçıblar. İş adamlarından təhdid yolu ilə pul topladıqları müəyyənləşən qardaşlar İraqda saxlanılsalar da, sonradan sərbəst buraxılıblar. İnterpol vasitəsi ilə axtarışa verilən Söyləməzlər daha sonra Azərbaycanda tutularaq, Türkiyəyə ekstradisiya ediliblər. Lakin Türkiyəyə göndəriləndən sonra müəmmalı şəkildə azadlığa buraxılıblar. Bundan bir müddət sonra isə barələrində yenidən axtarış elan olunub.

1996-cı ildən indiyədək üstü açılmayan müxtəlif cinayətlərdə şübhəli bilinən qardaşlardan biri Ankarada yaxalansa da, Faysal Söyləməzin axtarışı davam edir.

Tarix
2016.10.31 / 10:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla