Yuxarı

Yerevanda mitinq iştirakçılarına cinayət işi qaldırıldı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yerevanın mərkəzində nümayişçi ilə polis arasında noyabrın 5-də toqquşmalarla bağlı 20 nəfərin tutulub saxlanıldığı bildirilir.

Polisin İctimai Əlaqələr Şöbəsinin rəisi Aşot Aharonyanın sözlərinə görə, iğtişaşlar zamanı tutulan 38 nəfərdən 18-i istintaq əməliyyatları keçirildikdən sonra buraxılıblar.
Həbs olunan vətəndaşların heç biri xəsarət almayıb, polis bildirib. Hadisə ilə bağlı, vəzifə borcunu yerinə yetirdiyi zaman hakimiyyət nümayəndəsinə qarşı zorakılıq işlətmək maddəsi üzrə, cinayət işi qaldırılıb.

Xəstəxanalardan toplanan məlumata əsasən, hadisədən sonra tibbi yardım almaq üçün 9 nəfər müraciət edib. İki polis əməkdaşının səhhəti orta ağır kimi qiymətləndirilir: biri qafa tası-beyin travması alıb, ikincisi – iti əşya ilə ayağından yaralanıb.

Zərər çəkən polislər jurnalistlərlə təmasdan imtina ediblər. Polisin rəsmi məlumatına əsasən, 4 polis əməkdaşı stasionar müalicə alır, qeyri-rəsmi məlumatlara görə, hadisələr zamanı 8 polis xəsarət alıb.

Yerevan Azadlıq meydanında "Mən inqilab başlayıram" şüarı altında təkbaşına aksiya keçirən müxalifətçi Şant Harutyunyan noyabrın 5-də bir qrup tərəfdaşları ilə "Anonymous" maskalı yürüşə başlayanda Harutyunyanla bir neçə "mülki geyimli", onun sözlərinə görə, "provokatorlar" arasında toqquşma başlanıb.

Həmin vaxt güclü gurultu və işartı ilə müşayiət olunan partlayışlar baş verib, polislə vətəndaşlar arasında əlbəyaxa başlanıb. (musavat.com)

Tarix
2013.11.06 / 21:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla