Yuxarı

Polislər öz nazirlərinə qarşı aksiya keçirdi - Fransada

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 5-də Fransanın Korsika adasının Ajaççio və Marsel şəhərlərinin polis əməkdaşları nümayiş keçiriblər.

"Axar.az"ın xəbərinə görə, Ajaççio prefekturası qarşısına toplaşan yüzlərlə polis işçisi Daxili İşlər naziri Manuel Vallsdan onların sosial şəraitlərinin yaxşılaşdırılması ilə bağlı verdiyi vədi yerinə yetirməyi tələb edib.
Ölkənin ən böyük limanı hesab olunan Marsel şəhərinin prefekturası qarşısında toplaşan iki mindən artıq polis dövlət büdcəsində onların təhlükəsizliyi ilə bağlı vəsaitin nəzərdə tutulmamasına, təqaüd islahatları ilə əlaqədar əmək haqlarının dondurulmasına, gənc polislərə təhlükəyə görə kompensasiya ödənilməməsinə etirazlarını bildirib və hökumətə onların sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində tədbirlər görməyə çağırıblar.

Polislər tələbləri yerinə yetirilmədiyi təqdirdə digər şəhərlərin polislərinin həmrəyliyi ilə noyabrın 13-də daha izdihamlı nümayiş keçirəcəkləri barədə hökumətə xəbərdarlıq ediblər.

Tarix
2013.11.07 / 00:37
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla