Yuxarı

Çeçen komandir Ukraynada vuruşacaq İsa Sadıqovdan danışdı – Özəl

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə Krımın Ukraynadan ayrılıb Rusiyaya birləşdirilməsinə qarşı mübarizədə Ukrayna xalqına yardım etmək məqsədilə "Azad Qafqaz" İctimai-Siyasi Hərəkatı Cövhər Dudayev adına batalyonun yaradılması barədə qərar qəbul edib. Məsələnin maraqlı tərəfi batalyona üzv yazılanlar arasında azərbaycanlıların olması və müdafiə nazirinin keçmiş müavini, Norveçdə mühacir həyatı yaşayan İsa Sadıqovun batalyonun ştab komandiri təyin edilməsi oldu. İsa Sadıqov yayılmış informasiya ilə bağlı susmağa üstünlük verdiyi bir zamanda batalyonun komandiri İsa Munayev müsahibə verməyə razılaşdı.

Jurnalist Elnarə Əlosmanqızının C.Dudayev adına batalyonun komandiri İsa Munayevdən xüsusi olaraq "Axar.az" üçün aldığı müsahibəni təqdim edirik.

- Cənab Munayev, hazırda dünyanın müxtəlif ölkələrinə səpələnən çox sayda çeçen var. Çeçenistandan uzaqda onların həyat tərzi, yaşayışı, fəaliyyəti, azad Çeçenistan üçün mübarizənin hansı səviyyədə olduğunu bilmək istərdik.

- 1999-cu ilin sentyabrında Rusiyanın başlatdiği yeni hərbi təcavüz rus ordusunun qəddarlığı baxımından 1994-95-ci illərdəki rus-çeçen müharibəsindən də bir az irəli getdi. Bunun nəticəsində yüz minlərlə çeçen Azərbaycana, Gürcüstana, Avropa ölkələrinə, Kanadaya getmək məcburiyyətində qaldı. Azərbaycan və Gürcüstan özlərinin qaçqın problemi üzündən çeçenlərə hərtərəfli yardım göstərilə bilmədi. Ancaq Qərb ölkələri, ABŞ və Kanada onlar üçün gərəkli olan hər şeyi etdi. Yaşamaq hüququnun verilməsi, pulsuz təhsil, sosial şərait və digər bu qəbildən olan məsələlər çeçen gənclərinə Avropa ölkələrinin nüfuzlu universittlərində təhsil almaq şəraiti yaratdı. Rusiyanın marionetkası olan Kadırov tərəfindən onların qohumlarına olan qəddar münasibətə baxmayaraq, dünyanın müxtəlif ölkələrində olan çeçen qrupları ölkəmizin müstəqilliyi ideyasını dəstəkləyir. Hər il konfranslar təşkil olunur, mitinqlər, nümayişlər keçirilərək Rusiyanın Qafqazda və Çeçenistandakı koloniya siyasəti pislənilir. Çeçenlərin öz azadlığı və müstəilliyi uğrunda mübarizəsinin avanqardı olan "Azad Qafqaz" İctimai-Siyasi Hərəkat 2009-cu ildə Danimarkada yaradılıb. Burda Azərbaycan, gürcü, çeçen, Şimali Qafqaz diasporası birləşir.

- Bu günlərdə "Azad Qafqaz" Hərəkatının qərarı ilə Ukrayna xalqına yardım etmək məqsədilə Cövhər Dudayev adına batalyonun yaradılması barədə qərar qəbul edilidi. Bu, hansı zərurətdən yarandı? Çeçenistan uğrunda mübarizənin bitmədiyi bir zamanda Ukrayna üçün vuruşmaq bir az qəribə deyilmi?

- Ukrayna xalqının Rusiya imperiyasına qarşı mübarizəsinin bizim ümumi mübarizəmizin tərkib hissəsi olmasını nəzərə alaraq, biz öz dəstəyimizi göstərmək qərarına gəldik. Ukrayna xalqına öz dövlətlərini qorumaqda yardım etmək məqsədilə Qafqz qəhrəmanı Cövhər Dudayev adına "Beynəlxalq Sülhməramlı Könüllülər Batalyonu" yaratdıq. Biz əminik ki, Qafqazın azadlığı keçmiş SSRİ ölkələrinin azadlığından asılıdır. Onların azadlığı bizim azadlığımızdır. Məhz buna görə belə bir batalyonun yaranması qərara alındı.

- Batalyona üzv olmaq üçün Azərbaycandan da könüllülərin müraciət etdiyi bildirilir. Bu günlərdə Azərbaycanda qəbul edilən qanuna əsasən xarici ölkələrdəki hərbi münaqişlərdə iştirak edən azərbaycanlıları üzün müddətli həbs cəzası gözləyir. Sizcə, bu batalyona Azərbaycandan olan müraciətlərin sayını azaldacaqmı?

- Azərbaycanlıların bizim batalyonda iştirakı ukraynalılar, çeçenlər, gürcü və pribaltlara nisbətən azaddır. Ola bilsin ki, bu, Azərbaycanda qəbul edilən sərt qanunlarla bağlıdır. Ancaq bizim batalyonun dini prinsiplərlə yaradılmadığı, ekstremist və ya terrorçu formalardan istifadə etmək niyyətində olmadığı faktı da nəzərə alınmalıdır. Mən belə düşünürəm ki, Azərbaycanın indiki hakimiyyəti üçün bizi dəstəkləmək, azərbaycanlı könüllüləri təqib etməmək daha xeyirli olardı. Çünki onlar Rusiyanın gələcək qurbanının Azərbaycan ola biləcəyini nəzər alaraq ancaq və ancaq öz qardaşları olan Krım tatarlarına və ukraynalılara kömək etmək istəyirlər.

- Başqa bir məlumata əsasən azərbaycanlı hərbçi, Norvecdə mühacir həyatı yaşayan İsa Sadqov batalyonun ştab komandiri təyin olunub. Bu xəbər nə dərəcədə həqiqətə uyğundur?

- Doğrudan da "Azad Qafqaz" Hərəkatının prezidiumunun qərarı ilə Azərbaycanın nüfuzlu hərbçisi İsa Sadıqov batalyonun ştab komandiri təyin edilib. Bizim qənaətimizə görə, İsa Sadıqov öz xalqının həqiqi övladıdır. Belə hesab edirik ki, bizim təşkilatda İsa Sadıqov kimi nüfuzlu və savadlı insanın təmsil olunması bizim böyük uğurumuzdur.

- Sizin İsa Sadiqovla bu məsələ ilə bağlı birbaşa təmasınız olubmu?

- Mən özüm şəxsən onunla görüşmüşəm, söhbət etmişik. Bu söhbətdən mənə aydın oldu ki, İsa Sadıqov Azərbaycanın və Qafqazın həqiqi patriotudur. O, hətta Qafqaz xalqlarının azadlığı üçün özünü qurban verməyə də hazırdır.

- İsa Sadıqov bu təklifi necə qarşıladı?

- Bizim onu "Azad Qafqaz" Hərəkatı sədrinın birinci müavini və Ştab komandiri təyin etməyimizlə bağlı təklifimizi İsa Sadıqov anlayışla qarşıladı və ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirdi.

- Belə bir batalyonun yaranması ora könüllü üzv olan döyüşçülərin, o cümlədən sizin və İsa Sadıqovun yaşadığı ölkədə sizinlə bağlı hansısa problem yaratmayacaq ki?

- Bizim hazırda yaşadığımız ölkələrdə insan hüquq və azadlıqlarına hörmət edilir. Bizim hər birimiz öz fikrimizi ifadə etmək, ictimai-siyasi təşkilat və ya partiya yaratmaq haqqımız var. Burda həm də azad və demokratik dövlət yaratmaq istəyən xalqlara kömək etmək istəyinə də hörmət olunur. Biz yaşadığımız ölkələrin qanunlarına hörmət edir və onlara riayət edirik. Bizim hərəkətlərimiz sülhməramlı xarakter daşıyır. Beynəlxalq sülhməramlı batalyon yaradılıb və komplektləşdirilib. Biz Rusiyanın hərbi təcavüzündən əziyyət çəkən Ukrayna tərəfinin istənilən tapşırığını yerinə yetirməyə hazırıq.

- Krımda referendum keçirildi və əsas mübarizə yəqin ki, bundan sonra başlayacaq. Bu yaxın günlərdə "Azad Qafqaz" təşkilatı və C.Dudayev adına batalyonun hansı addımlar atacağı gözlənilir? Sizin könüllülər Ukraynaya gedəcəkmi?

- "Azad Qafqaz" Hərəkatı bundan sonra da Rusiyann dünyada ekspansiv məqsədləri barədə dünya ictimaiyyətini məlumatlandırmaq üçün siyasi, ideoloji və informasiya mübarizəsini davam etdirəcək. Bizim batalyon isə Ukrayna tərəfindən gələn ilk müraciətdən sonra dünyada azadlıq və demokratiyanın qorunması yolunda öz borcunu yerinə yetirmək üçün ora getməyə hazırdır.

Elnarə Əlosmanqızı

Xüsusi olaraq "Axar.az" üçün

Tarix
2014.03.20 / 00:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla