Yuxarı

Rus generaldan şok: “Türkiyə NATO-dan çıxsın”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) qurucularından olan ordu generalı Leonid İvaşo Türkiyənin quruma üzvlük məsələsinə münasibət bildirib.

Axar.az xəbər verir ki, general Ankaranın ŞƏT-ə üzv olmaq üçün NATO-dan çıxmalı olduğunu deyib:

"Türkiyə prezidentinin bu açıqlaması və Ankaranın təşkilata üzv olmaq istəyi doğru qərardır. Bu təşkilat Avrasiyada böyük nüfuza malikdir. ŞƏT-in parlaq gələcəyi var. İqtisadi, nəqliyyat və təhlükəsizlik sahələrində təşkilatın böyük perspektivi var. Hindistan və Pakistan kimi nüvə ölkələri ŞƏT-ə üzv olduqdan sonra iki ölkə arasında hərbi gərginlik də azaldı.

NATO kimi aqressiv bir hərbi blokun üzvü üçün ŞƏT-ə üzvlük bir qədər çətindir. Hələlik, bu belədir. NATO müstəqillik uğrunda mübarizə aparan bəzi dövlətləri yox etdi. Ona görə də Türkiyənin üzvlüyü ikitərəfli istiqamətdə aparılmalıdır. Bir tərəfdən Türkiyə ŞƏT-ə üzvlük üçün danışıqlar aparmalı, digər tərəfdən isə NATO-dan çıxmaq üçün hərəkətə keçməlidir.

ABŞ-ın yeni prezidenti Donald Tramp da NATO-nu köhnəlmiş bir qurum olduğunu açıqladı. Türkiyə bütün bunları hesablamalı və nəticə çıxarmalıdır".

Xatırladaq ki, Prezident Rəcəb Tayyib Ərdoğan AB ilə danışıqların ləğv ediləcəyi haqda xəbərdarlıq edib:

"Breksit" mənə görə gözəl bir hadisə oldu. Yəni Avropada digər ölkələr də bu yolu seçə bilər. Fransadan, İtaliyadan artıq bu tip fikirlər səslənir.

Bəziləri tənqid edə bilər, ancaq mənim fikrim Şanxay Əməkdaşlıq Təşkilatıdır. Niyə də olmasın? Bunu cənab Putin və Nazarbayevə də dedim. 5 ölkənin iştirakı ilə qurulan bu təşkilata sonradan Özbəkistan, Pakistan, Hindistan kimi ölkələr də daxil oldu. İran da daxil olmaq istəyir. Cənab Putin "bunu müzakirə edirik", - dedi. Ümid edirəm ki, Türkiyənin təşkilata üzvlüyü ölkəmizə əlavə üstünlük qazandıracaq".

Tarix
2016.11.22 / 12:43
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla