Yuxarı

Şok iddia: Gülnarənin ölüm xəbərini o yayıb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gülnarə Kərimovanın ölümü haqda xəbər yalandır. Onun müəllifi kimdir - demək çətindir. Amma mən burada, Özbəkistanın sabiq prezidentinin qızının indiki statusunu təkrar gözdən keçirməyə və ya yüngülləşdirməyə çalışmasını nəzərə alaraq, təcrübədə geniş yayılmış siyasi texnologiya elementindən istifadə edildiyini və bunda Gülnarə Kərimovanın özünün də maraqlı olduğunu istisna etməzdim".

Bunu Virtualaz.org-un müxbiri Əkbər Həsənova verdiyi açıqlamada məşhur özbək politoloqu Kamoliddin Rabbimov deyib.

Onun fikrincə, Gülnarə Kərimovanın ailəsinin üzvləri, həmçinin yeni hakimiyyət və Özbəkistanın bütün siyasi elitası onu tamamilə şıltaq, nəzarətdə olmayan, impulsiv hesab edir. Və vəziyyəti təhlil edərək, əmin olmaq olar ki, hakimiyyət dəhlizlərində, səs-küylü bəyanatları ilə ölkədəki siyasi proseslərə təsir etmək imkanı olmasın deyə, onu bundan sonra da "ev dustaqlığında" saxlamaqla bağlı razılıq var.

"Gülnarə Kərimovanın taleyini ailə konsiliumu-ana Tatyana Kərimova və bacısı həll edir. Ölkə hakimiyyəti İslam Kərimovun ailəsinin üzvlərinə indiyə qədər hörmət və ehtiyatlılıqla yanaşıb. Bir sözlə, yeni özbək hakimiyyəti Gülnarə Kərimovaya necəsə ziyan vurmaqda maraqlı deyil. Axı, qarşıda – seçkilər, yeni hakimiyyətin legitimliyi məsələsi var. Bu şəraitdə onlar üçün öz yollarını keçmiş prezidentin ailə üzvünün aradan götürülməsindən başlamaq əsl dəhşət olardı. Gülnarə ilə bağlı yeni hakimiyyətin bir arzusu varsa, o da artıq səs-küydən və ziyandan qaçmaqdır", - deyə ekspert vurğulayıb.

Ekspert bildirib ki, Kərimovlar ailəsi özü də aralarından kiminsə məhvinə imkan verməz. Çünki bu addım keçmiş prezidentin ailəsinin bütün qalan üzvlərinin, eləcə də yeni özbək hakimiyyətinin təhlükəsizliyi üçün fəlakət olardı.

"Gülnarənin əsas "təhlükəsizlik balışı" onun oğlu-kiçik İslam Kərimovdur, hansı ki, əlindəki böyük maliyyə kapitalı ilə Londonda oturur. Əgər onun anasına nəsə olsa, bunu birinci o özü bütün aləmə yayacaq ki, bu da yeni özbək hakimiyyətinin reputasiyasına düzəlməz zərər vuracaq"-politoloq xatırladıb.

Bütün bunlara əsaslanaraq, Kamoliddin Rabbimov güman edir ki, bu şayiələr Cinayət Məcəlləsinin çoxsaylı maddələri üzrə ittiham edilən Gülnarə Kərimovanın hüquqi statusuna yenidən baxılması üçün ortaya atılır: "Gülnarə Kərimovanın tərəfdarlarının bu siyasi texnologiyanı onun azad edilməsi və İslam Kərimovun ölümündən sonra hökumətdə səlahiyyətlərin bölünməsində iştirakını təmin etmək üçün başlatdıqlarını tamamilə mümkün hesab edirəm. Həmçinin, onun hədəfi özünə aid olan aktivləri - hansılar ki, atasının göstərişi ilə 2013-2014 illərdə əlindən alınıb, - qaytarmaqdır".

Tarix
2016.11.22 / 22:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla