Yuxarı

Ərdoğandan müsəlman ölkələrinə: “Vaxt çatıb…”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 15-də dünyanın hər yerində milyonlarla müsəlman Türkiyə üçün dua edirdi.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının İqtisadiyyat və Ticarət İş Birliyi Daimi Komitəsinin iclasında çıxış edərkən söyləyib. Onun sözlərinə görə, Türkiyə heç vaxt müsəlmanların bu vəfasını unutmayacaq:

"Müsəlmanların mənəvi dəstəyini məmnuniyyətlə qarşılayırıq. Daşkənddə bütün tərəflərin razılığı ilə FETÖ terror təşkilatı elan edildi. Pakistan və digər türk respublikaları qardaşlığımıza yaraşan qərarlar almağa başladılar. FETÖ, sadəcə, Türkiyə üçün deyil, bütün ölkələr üçün böyük bir təhdiddir. Bu təşkilat ölkə rəhbərlərinin övladlarını öz məktəblərində oxudur. Bu uşaqların hamısı gələcəkdə yaşadıqları ölkələrin rəhbərliyində yer alacaqlar. Qardaşınız olduğumuza görə biz çevrilişi sizlərə anlatmaq məcburiyyətindəyik. Onlar bizdə 40 il fəaliyyət göstərdilər. Bu təşkilat günümüzün neoxaşxaşiləridir".

Ərdoğan Avropa Parlamentində Türkiyə ilə bağlı səsvermənin Ankaranın gözündə heç bir dəyəri olmadığını bildirib:

"Türkiyəyə qarşı əməliyyatlar azalmaq yerinə daha da artır. Sabah Avropa Parlamentində bir iclas keçiriləcək. İndidən bəyan edirəm. Onların keçirəcəyi səsvermənin nəticəsinin nə olmasından asılı olmayaraq, onun bizim üçün heç bir dəyəri yoxdur. Bu ölkənin istiqlal mübarizəsi orada əllərin havaya qalxıb-enməsi ilə dayanmayacaq. Artıq mövqeyimizi ortaya qoymaq vaxtı çatıb. Müstəmləkə ölkələr olmaqdan çıxmalıyıq. Afrikalı qardaşlarımızın özləri Avropanın onları necə istismar etdiyini söyləyirdilər. Bunun davam etməyini istəyirsinizmi? Artıq burada öz gələcəyimizi özümüz müəyyənləşdirməliyik. Amerika Konqresinin 11 Sentyabrla bağlı verdiyi qərarı hamınız bilirsiniz. Nyu Yorkdakı qoşa qülləni Səudiyyə Ərəbistanının vurduğu, istəyən şəxsin Ər-Riyada qarşı məhkəmə prosesi başlatmaq ixtiyarına sahib olduğu söylənildi. Belə məntiqsiz qərar ola bilərmi? Hər ölkədən terrorçu çıxa bilər. Necə olur ki, bir ölkəni cəzalandırırsınız? Oyun islam ölkələri üzərində aparılır. Yəni biz terrorçu yetişdiririk, onlarda isə belə bir şey ola bilməz. Bütün bunlar ikili standartlardır. Hər gün müsəlmanlara qarşı hücumlar artır. Məscidlərimizi yandırırlar, müsəlman qardaşlarımızın üzərinə hücum edirlər. Bütün bunlar Avropada olur. Artıq səsimizi qaldırmaq vaxtı çatıb".

Tarix
2016.11.23 / 13:13
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla