Yuxarı

Türkiyə və Rusiya razılığa gəldi - Bombardman

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin DEBKA xəbər saytı Türkiyə ilə Rusiyanın Suriyadakı YPG terror təşkilatını havadan bombardman edəcəkləri ilə bağlı məlumat yayıb.

Avropa.info xəbər verir ki, sayt Rusiya ilə Türkiyənin məsələ ilə bağlı razılığa gəldiklərini və planın yanvar ayının ortasında həyata keçiriləcəyini iddia edib.

Mossada yaxınlığı ilə bilinən DEBKA saytının 14 noyabr tarixli "Obama Trampın Putin, Ərdoğan və Suriya ilə əlaqəsini vurur" başlıqlı yazısında şok iddialara yer verilib.

Xəbərdə Trampın Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Yaxın Şərqdə bir plan qurduğu bildirilir. Obamanın isə Trampın təhlükəsizlik və xarici siyasətdə prioriteti olaraq seçdiyi Suriya böhranını bilərək hədəf aldığı və mövcud siyasəti ilə Trampı çətin vəziyyətdə qoymaq istədiyi iddia olunur.

Saytda yer alan yazının Moskva və Ankaradakı mənbələrdən əldə olunan məlumatlara əsaslandığı bildirilir.

Saytdakı bütün xəbərlərdə Mossad agentləri xəbər mənbələri olaraq qeyd olunur. Bu mənbələrə görə, Trampın dəstəkləyəcəyi, Putinin hava dəstəyi və Türkiyənin quru dəstəyi ilə təşkil ediləcək müştərək bir əməliyyat keçirilərək, İŞİD-in "paytaxtı" Rakkanın azad ediləcəyi vurğulanır.

İddialara görə, Rusiya və İran da Hələbin şərqində olan suriyalı üsyançıları dəf etmək üçün hərəkətə keçəcək. Bütün bu planların Trampın kresloya oturmasından sonra - 2017-ci ilin yanvar ayının ortasında başladılacağı deyilir.

DEBKA-nın kəşfiyyat məlumatlarına istinad etdiyi bu xəbəri növbəti dəfə dünyada yeni bir nizamın qurulduğunu və Türkiyə-ABŞ-Rusiya əlaqələrinin yeni bir ölçü qazandığını da üzə çıxarıb.

Tarix
2016.11.23 / 15:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla