İsraildən İran hədəflərinə yeni hücum
12:40
Ana səhifə Planet |
Gürcüstan yaxın zamanlarda NATO-ya üzv olacaq.
Axar.az xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Məsələləri üzrə Komitəsinin sədr müavini Frants Klintseviç söyləyib. Onun sözlərinə görə, Rusiya bu məsələ ucbatından yerində saymayacaq:
"Biz ən doğru olanı edəcəyik. Abxaziya ilə hərbi ittifaqımız olduğuna görə onun sərhədlərini möhkəmləndirəcəyik".
Qeyd edək ki, bundan öncə Rusiya qondarma Abxaziya ilə vahid ordu birləşmələrinin yaradılması haqqında müqavilə imzalayıb. ABŞ Dövlət Departamenti bu müqaviləni kəskin tənqid edib və Abxaziyanı Gürcüstan ərazisi hesab etdiyini bildirib.
Tarix
2016.11.24 / 15:13
|
Müəllif
Axar.az
|