Yuxarı

Jirinovskidən Türkiyə ilə bağlı inanılmaz açıqlama

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə bizim ən böyük müttəfiqimiz ola bilər.

Axar.az xəbər verir ki, bunu "Rossiya" telekanalına açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib. Onun sözlərinə görə, Türkiyə Rusiyadan Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüklə bağlı dəstək istəyir:

"Bu gün tarixi an başlayır. Türkiyə şimala, biz isə güneyə yönələ bilərik. Rusiya 300 ildir Avropa ilə bərabər haqlar çərçivəsində əlaqələr qurmağa çalışıb, amma bunu heç cürə alındıra bilməyib. Bu gün Rusiyanın müstəqil siyasəti Qərbin xoşuna gəlmir. Türkiyənin də Qərblə eyni problemləri var. Ərdoğan Putindən Şanxay Əməkdaşlıq Təşkilatın üzv olmaq üçün dəstək gözləyir. Cənab Ərdoğan təkliflərimin heç birinə etiraz etmədi. Türkiyə ŞƏT-ə üzv olmaq istəyir. Rusiya rəhbərliyi qısa zaman içərisində Ankaraya kömək etməlidir. Türkiyə ilə möhtəşəm əlaqələrimiz olacaq. Mən inanıram ki, bir gün Türkiyə NATO-dan ayrılacaq və bizimlə hərbi müttəfiq olacaq. Hər kəs bilsin ki, qarşıdakı 10 ildə Türkiyə bizim əsas ortağımız və müttəfiqimizdir. Bunu türklər istəyir. 600 il davam edən rus-türk savaşlarını Qərb başladıb. Artıq o illər geridə qalmalıdır".

O, Ərdoğanın dekabrda Rusiyaya səfər edə biləcəyini söyləyib:

"Ərdoğan mənə həmçinin yanvar ayında da böyük görüşlərin olacağını söylədi. Türkiyə səfəri mən və partiyamın özəl istəyi ilə reallaşdı. Bizə bu məsələdə Kremldən tapşırıq gəlməyib. Təbii ki, Ankaraya gəlməzdən öncə Kreml və Xarici İşlər naziri Sergey Lavrova xəbər verilmişdi. Ərdoğanla görüş üçün israr etdik. Görüşlərimiz yaxşı keçdi. Ərdoğan başda olmaqla bütün türk siyasətçiləri ilə türk dilində danışdım. Türklər bundan çox xoşbəxt oldular".

Tarix
2016.11.25 / 12:20
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla