Yuxarı

Əylənmək üçün sağlam gəmini yandırırlar - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın әn qәribә festivalları

Harbin

Yanvar ayının beşindən fevralın beşinə qədər Çində baş tutacaq Harbin festivalı dünyanın ən böyük qar festivalıdır. Əgər siz də festival tarixləri çərçivəsində Çini ziyarət etsəniz, orada gördüyünüz nəhəng heykəlləri heç vaxt unutmayacaqsınız. Qardan, buzdan hazırlanan böyük, soyuq heykəllər ömürlük yaddaşınıza həkk olunacaq. Festivala getmək istəsəniz, özünüzlə qalın paltar götürməyi də unutmayın. Çünki gecəni aydınladan buz heykəllər sizi üşüdə bilər.

Holi

Martın 27-də baş tutacaq Holi festivalı dünyanın bir neçə ölkəsində baş tutacaq. Bu ölkələr sırasında Hindistan, Nepal, Şri-Lanka və Amerika liderdir. Holi festivalı eyni zamanda rəng festivalı da adlanır. Bu festivala gedərkən özünüzlə boyalar götürməyə çalışın.

Virgen de la Piedad

6 sentyabrda İspaniyada keçirilməsi nəzərdə tutulan festival İspanların ən sevdiyi festivallardandır. Bu festivalda İspanlar bir-birlərinin üzərinə yağ tökür. Festivalın əsas səbəbi yağa bulanmış insanlar içində gedən mübarizədir. Onlar iki qrupa bölünüb "Virgen de la Pied-d" adında heykəli doğramağa çalışırlar. Maraqlı festivalı İspanlar bir neçə ildir həyata keçirir.

Karnaval 13

14 fevral və 4 mart arasında İtaliyada baş tutacaq festival demək olar ki, italyanların ümumi karnavalına çevrilib. Onların bu festivalı "Karnaval 13" adlanır. Festivalda dünyanın dörd bir yanından gələn insanlar öz ekzkuliziv kostyumları ilə qatılırlar.

"Up Helly As"

Yanvar ayının son şənbə günü Şotlandiyada keçirilən "Up Helly As" adlı alov festivalına əlində məşəl olan minlərlər insan toplaşır. Bu festival Avropanın ən böyük alov festivalıdır. Festivalın ən böyük özəlliyi isə odur ki, gecənin sonunda tamamilə sağlam, istifadə üçün yararlı olan "Viking" gəmisi yandırılır.

"Tomorrowland"

27-28 iyun tarixlərində Belçikada hazırlanan "Tomorrowland" dünyanın ən böyük elektronik musiqi festivalıdır. Hər il bu festivalda iştirak etmək üçün dünyanın bir neçə ölkəsindən Belçikaya türistlər axın edir.

Şərab

Oktyabrın sonuncu həftəsindəsə Almaniya dünyanın ən böyük şərab festivalına ev sahibliyi edir. Festivala minlərlə insan qatılır. Təkcə ötən il karnavalda istifadə edilən şəraba 96,178 min dollar sərf olunub.

Pomidor festivalı

Avqustun son çərşənbəsi İspaniyada keçirilən pomidor festivalı əslində ilk baxışdan pomidor atəşinə bənzəsə də, məqsəd əyləncə və rəqsdir. 1945-ci ildən keçirilən festival günümüzə qədər qorunub saxlanılıb.

Hava şarları

5-13 oktyabr arası ABŞ-da keçirilən "Hava şarları" festivalında minlərlə şar havaya buraxılır. Bu festivalda iştirak edən hər kəs Amerika filmlərindəki romantik anları yaşaya bilər.

Sambo

28 fevraldan 4 mart tarixlərinə qədər Rio De Janeyroda keçirilən Sambo festivalı dünyaca ən məşhur karnavallardandır. Bu festivalın xüsusi özəllikləri odur ki, festivalda gözəl qızlar iştirak edir.

Diyircəkli pendir

Dünyada keçirilən maraqlı festivllardan biri də İngiltərədə keçirilir. Burada minlərlə insan hündür təpədən diyircəkli pendirin ardına düşüb onu tutmağa çalışır. Festivalın qalibi isə yuvarlanan pendiri tutan insan olur. Hər il keçirilən festival 26 mayda gerçəkləşəcək.

Korrido

Bütün dünyada ən çox izlənilən və həyacanla gözlənilən 6-14 iyul tarixləri arasında İspaniyada keçirilən buğa festivalı "Korrido"ya qatılmaq istəyirsinizsə, olduqca hazırlıqlı olmalısınız. Bu festival adrenalin sevənlərin festivalıdır. Qeyd edək ki, hər il keçirilən festivalda yaralananlar, hətta ölənlər olur.

Su savaşı

Çində keçirilən su savaşı festivalısa dünyanın ən orijinal festivalıdır. Siz bu festvalda iştirak etsəniz üzərinizə tökülən sudan hətta soyuqlaya da bilərsiniz. Odur ki, festivala özünüzə əmin olmadan getməyin. Festival 13-15 aprel tarixində Çində baş tutacaq.

Fənər festivalı

23 fevral tarixində Tailandda keçirilən fənər festivalı dünyada arzu üçün keçirilən yeganə festivaldır. Bu festivala toplaşan insanlar fənərləri havaya buraxıldıqdan sonra qəlblərində arzu tuturlar. İddialara görə tutulan diləklərin əksəriyyəti həyata keçir.

Palçıq

18-27 iyul tarixləri arasında keçirilən palçıq festivalında minlərlə koreyalı iştirak edir. Onlar üzlərini palçığa boyayaraq əylənirlər.

Tarix
2013.11.07 / 21:28
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla