Yuxarı

Kastro özünü qurban verdi - Kosaçev

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fidel Kastronun ölümü Kuba xalqı, eləcə də bütün insanlıq üçün itkidir.

Axar.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri Konstantin Kosaçev deyib.

“Onun ölümü Kuba xalqı, eləcə də bütün insanlıq üçün itkidir. O, mübaliğəsiz olaraq dünyanın ən böyük insanlarından biri idi və həqiqətən də dünya tarixinin gedişinə təsir edirdi”, - komitə sədri deyib.

Kosaçevin sözlərinə görə, Kastro əbədi olaraq insanlıq tarixinə həkk olunacaq:

“O öz həyatını vətəninə, millətinə və ideyalarına xidmət etmək üçün qurban verdi. Mərdlik, dürüstlük və iradə - bunlar Fidelin xarakterinin əsas faktoru idi”.

Qeyd edək ki, Kuba inqilabının lideri Fidel Kastro dünən 90 yaşında vəfat edib. Onun vəfatı haqda qardaşı Raul Kastro dövlət televiziyası ilə məlumat verib.

Tarix
2016.11.27 / 09:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla