Yuxarı

Saakaşvili yenidən meydanda: İlk mitinqini keçirdi – Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Odessa qubernatorluğundan istefa verərək Yeni Qüvvələr Hərəkatı yaradan Saakaşvili bu gün Kiyevin mərkəzində ilk mitinqini keçirib.

Axar.az xəbər verir ki, mitinq “Hazırkı Radanın son qışı” şüarı ilə baş tutub. Mixail Saakaşvili Ukrayna parlamentinə növbədənkənar seçkilər tələb edib və özünün yeni siyasi proqramını açıqlayıb.

“Biz yeni Seçki Qanunu və yeni Mərkəzi Seçki Komissiyası ilə növbədənkənar seçkilərin təyin edilməsini tələb edirik”, - Saakaşvili bildirib.

Saakaşvili həmçinin qeyd edib ki, Prezident, Prezident Aparatı, Rada “kim meydana çıxsa, Kremlin agentidir” şəri yaxmaqla insanları aldadır. Aksiyada bir neçə min nəfər iştirak edib.

Hərəkatın liderlərindən David Savkarelidze mediaya açıqlamasında hərəkata bir neçə siyasi qüvvənin birləşə biləcəyini istisna etməyib. Onun sözlərinə görə, “Demokratik alyans”la birləşmə gündəmdədir. Həmçinin Lvovun keçmiş meri Andrey Sadovun Özünəyardım Partiyası ilə birləşmənin mütləq olacağı vurğulanıb.

Analitiklər hazırda Saakaşvilinin reytinqinin Ukraynada 2 faiz civarında olduğunu ehtimal edirlər.

Tarix
2016.11.27 / 21:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla