Yuxarı

30-dan çox kommunist həbs edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün oktyabr inqilabının 96-cı ildönümündə icazəsiz aksiya keçirməyə cəhd edən 30-dan artıq adam Moskva polisi tərəfindən saxlanılıb.

"Axar.az" "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, saxlanılanlardan 25-i "Barrikadnaya" metro-stansiyasında saxlanılıb. "İTAR-TASS"ın bildirdiyinə görə, fəallar əl-ələ tutaraq piket yerini tərk etməkdən imtina edərək, eləcə də bir neçə tüstü şaşkası alışdırıblar.

Daha əvvəl isə "Puşkinskaya" metro-stansiyanda 6 nəfər saxlanılıb. Axşam tərəfi "Tverski" bulvarında "Başqa Russiya", eləcə də "Sol cəbhə" qurumlarının fəalları toplaşmağa başlayıb, buradan Puşkin meydanına doğru irəliləyiblər. Bundan sonra Rusiya xüsusi təyinatlıları həbslərə başlayıb. "Novaya Qazeta" xəbər verir ki, həmin vaxt 40-a yaxın anarxist "Ladojski" küçəsini bağlayıblar. Onlar bir neçə tonqal qalayıb, sonra isə "Burjuy, inqilabı unutdunmu? İstəsən yadına salarıq" yazlmış plakatlar qaldırıblar. Bundan sonra fəallar müxtəlif səmtlərə qaçmağa başlasa da, bu ərazidə kifayət qədər polis qüvvəsi yerləşdirilməyinə baxmayaraq, saxlanılan olmayıb.

Xatırladaq ki, bu gün noyabrın 7-də Rusiya Federasiyası Kommunist Partiyası Oktyabr inqilabının 96 illiyinə həsr olunmuş icazəli mitinq keçiriblər. Mintinqdə 5000-ə qədər adam iştirak edib.

Tarix
2013.11.07 / 22:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla