Yuxarı

Ohanyan həbs edilə bilər – Səbəb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş müdafiə naziri Seyran Ohanyana məxsus olan şirkətlər yoxlanılır.

Axar.az xəbər verir ki, Ermənistanın yeni təyin olunmuş müdafiə naziri Vigen Sərkisyan 2016-cı il üçün Müdafiə Nazirliyinin büdcə xərclərinin, eləcə də şirkətlərlə bağlanan müqavilələr və onların yerinə yetirilmə mərhələlərinin yoxlanılması barədə tapşırıq verib.

Ermənistan KİV-də yayılan xəbərə görə, buna səbəb Ermənistan Müdafiə Nazirliyinin ehtiyaclarını qarşılamaq üçün elan edilən tenderlərin keçmiş müdafiə naziri Seyran Ohanyan və yaxın ətrafına məxsus şirkətlər tərəfindən saxta üsullarla udulması barədə kifayət qədər dəlillərin mövcud olmasıdır.

Bu günə qədər komissiya tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, Ohanyana məxsus olan İrəvan şəhəri, Tumanyan küçəsi, ev 21 ünvanında qeydiyyatda olan Hesperus QSC Ermənistan ordusunu geyimlə təmin etmək üçün ümumi olaraq 76728417 dram (244710 manat) məbləğində pul vəsaitini mənimsəyərək öhdəliyi yerinə yetirməyib.

Həmçinin Ohanayana məxsus olan Xankəndi şəhəri, Xarkov küçəsi, ev 4 ünvanında (“DQR” prezidenti Bako Saakyanın evinin yanında - Xarkov küçəsi, ev 3) qeydiyyatda olan “Eko Plastik” şirkəti Ermənistan Müdafiə nazirliyinin ehtiyacları üçün 19600000 dram (71577 manat) dəyərində “plastik boru” tədarük etməli olduğu halda, həmin məbləğ mənimsənilərək öhdəlik yerinə yetirməyib.

Ermənistan KİV-lərində yoxlamaların davam edəcəyi və keçmiş müdafiə nazirinin yaxın günlərdə istintaqa cəlb olunacağı barədə məlumatlar yayılıb.

Tarix
2016.11.30 / 14:32
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əskipara sakinləri narahatdır: Getmək istəmirik - Video

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla