Yuxarı

Kılıcdaroğlunun qardaşından CHP-yə FETÖ ittihamları

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

CHP sədri Kamal Kılıçdaroğlunun qardaşı Cəlal Kılıçdaroğlu CHP-dən istefa verdiyini açıqlayıb.

Avropa.info xəbər verir ki, Cəlal Klıcdaroğlu yaydığı yazılı açıqlamada partiyanın sədr müavini Təkin Bingölün onun CHP-dən çıxarılmasını tələb etdiyi üçün bu addımı atdığını deyib.

“FETÖ-nun Didim Bələdiyyəsi ilə olan əlaqəsini ortaya çıxarmaq üçün etdiyim yürüşdən sonra, CHP-nin sədr müavini Təkin Bingöl mənim partiyadan çıxarılmağımı istəyib. Şərəf duydum, çünki, mən mübarizəmdə haqlıyam və haqlı olduğum ortaya çıxacaq. CHP rəhbərliyi, Atatürkün prinsip və inqilablarına sahib çıxan, FETÖ-ya qarşı duran, ölkəsinə, millətinə, partiyasına bağlı olan bir insanı partiyadan çıxarmaqla hədələyir, lakin FETÖ-nün bələdiyyə imamı olduğu dəqiqləşən Erkan Karaaslan ilə səmimi davranır.

Belə bir insanı dəstəkləyən bir partiya ilə mənim də işim olmaz. CHP rəhbərliyi Atatürkün şəkilini zibil qutusuna atanı deyil, bunu aşkara çıxaranı partiyadan çıxarmaq istəyir . Atatürk abidəsini söküb Didim Bələdiyyəsinin zibilliyinə atan Dəniz Atabayı deyil, məni partiyadan qovurlar. FETÖ-nun məktəblərinə yardım edən Beşiktaş Bələdiyyə sədri Murad Xəzinədarı deyil, vətəninə millətinə sadiq olan Birgül Ayman Güləri partiyadan qovurlar. Bu qədər olanlardan sonra ağlıma bu sual gəldi: Görəsən, məni partiyadan çıxarmaq üçün təlimatı Pensilvaniyadan aldılarmı? Bu saatdan sonra, mən CHP-də qalmaram. Zəhmət çəkməsinlər, istefa verirəm”.

Tarix
2016.12.01 / 10:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla