Yuxarı

Ukrayna-Rusiya nota savaşı böyüyür

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanın rəsmi Kiyevi raket zərbələri ilə təhdid etməsi haqqında informasiyanı təsdiqləyib.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukrayna Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Maryana Betsa söyləyib. Betsa Moskvanın indiyə qədər Kiyevə bir neçə nota göndərdiyini bildirib:

“Moskva bütün məktublarında öz suverenliyinin pozulmasından söhbət açır. Notalarda həmçinin sınaqlarımıza cavab veriləcəyi bildirilir. Biz artıq Rusiyaya qarşı nota hazırlamışıq və onu yaxın zamanlarda Rusiyaya göndərəcəyik”.

Qeyd edək ki, Kiyev Rusiya tərəfindən ilhaq edilmiş Krım yarımadasına yaxın ərazidə raket atışları həyata keçirəcəyini bildirəndən sonra bu, Moskvanın kəskin etirazına səbəb olub. Rəsmi Kiyevin açıqlamasından sonra Rusiya Müdafiə Nazirliyi Ukraynanın Moskvadakı səfirliyinə təhdid məktubu göndərib. Məktubda raket sınaqları keçiriləcəyi təqdirdə Moskvanın Ukrayna ərazilərinə raket zərbələri endirəcəyi bildirilib.

Tarix
2016.12.01 / 11:02
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla