15 gündə qarın piyini əridən içki
02:05
Ana səhifə Planet |
Türkiyə hərbçilərinə Suriyada endirilən aviazərbənin Rusiya Hərbi Hava Qüvvələrinə heç bir aidiyyəti yoxdur.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib. Onun sözlərinə görə, bu hücumu Suriyanın hökumət qüvvələri də gerçəkləşdirməyib.
Qeyd edək ki, bundan öncə Suriyada 5 türk hərbçisi endirilən aviazərbələr nəticəsində həlak olub. Rəsmi Ankara hücumu Suriya hökumət qüvvələrinin gerçəkləşdirdiyini bildirib. Bəzi media orqanlarında isə bu hücumların Rusiyanın dəstəyi ilə həyata keçirildiyi iddia edilib.
Tarix
2016.12.01 / 15:47
|
Müəllif
İlkin Həsənov
|